"Qarabağ"dan daim yarım saniyə geridə idik" - Elyunussi
16:08 03.10.2025
Futbol
414
"Kopenhagen"in (Danirmarka) futbolçusu Muhamed Elyunussi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda "Qarabağ"a məğlubiyyəti (0:2) şərh edib.
QOL.az xəbər verir ki, Norveç millisinin 31 yaşlı vingeri klubun saytına açıqlamasında Ağdam komandasının onlardan üstün olduğunu etiraf edib. O deyib:
“Təbii ki, çox zəif bir çıxışdan sonra məyusam. Elə bilirəm ki, biz oyunu birinci hissədə uduzduq. Rəqibdən daim yarım saniyə geridə idik, havada və yerüstü mübarizələrdə də onlar qalib gəlirdilər. Onlar bizdən daha çevik və sürətli hərəkət edirdilər. Qalib gələ bilməli olduğumuz oyunda uduzmaq çox məyusedicidir.
Onların göstərdiyi pressinq bizi təəccübləndirmədi. Buna görə də biz adət etdiyimizdən fərqli oynamamağa çalışdıq, amma bu, uğurlu alınmadı. Onlar hesabı açandan dərhal sonra əldə etdiyim yaxşı imkandan yararlana bilmədim, bu məsuliyyəti öz üzərimə götürürəm.
İkinci hissədə daha sərbəst oynadıq. Çünki itirəcək bir şeyimiz yox idi və kifayət qədər qol şansı da yaratdıq. Bir qol vura bilsəydik, oyunu xeyrimizə çevirə bilərdik. Amma ümumilikdə rəqib layiqli qələbə qazandı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə