
13 minə yaxın saxta diplomlu müəllim var - Xitam verilsin!
Yusif Nəzərli
10:33 05.04.2023
Elm və Təhsil
1349
Diplomu dövlət nümunəli olmayan təhsilverənlər də sertifikatlaşdırılma prosesinə cəlb olunacaqlar.
Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
“Müəllimlər üçün bu barədə məhdudiyyət yoxdur. Diplomu dövlət nümunəli olmayan müəllimlər də (saxta diplom) təhsilverənlərin sertifikatlaşdırılması prosesinə cəlb olunacaqlar”, - deyə qeyd edilib.
Xatırladaq ki, bir müddət öncə Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev 15-20 il əvvəl külli miqdarda saxta diplom verən ali məktəblərimizin olduğunu qeyd edib.

Mövzu ilə bağlı “Şərq”ə açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, saxta diplomlu müəllimlər Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaranmazdan əvvəlki dövrdə, müəllimlərin işə qəbulu prosesinə qədər hər zaman olub. Onlar diplomlarını müəyyən üsullarla alıb. Onların bir çoxu hazırda təhsil ocaqlarında müəllim kimi fəaliyyət göstərirlər:
"Mənim fikrimcə, bu müəllimlərin işlərinə birbaşa olaraq xitam verilməyi ən düzgün addım olardı. Ancaq təəssüflər olsun ki, biz onları birbaşa uzaqlaşdıra bilmirik. Bu səbəbdən düşünürəm ki, onların məhz bu sertifikatlaşdırma proseslərinə cəlb edilməsi bu problemi müəyyən qədər də olsa aradan qaldıra biləcək. Sertifikatlaşdırma imtahanında uğurlu nəticə etmiş müəllimlər öz fəaliyyətlərinə davam etmək haqqı qazanacaqlar. İmtahanlarda uğursuz nəticə əldə etmiş şəxslərin isə əmək müqavilələrinə xitam veriləcək”. Ekspert vurğulayıb ki, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqəyə 40, 50 min müraciət olunur, ancaq cəmi səkkiz-doqquz min vakansiya mövcud olur: "Saxta diplomlu şəxsləri sıradan çıxararaq vakant yerlərin sayını on iki, on üç minə və hətta ondan da yüksək bir rəqəmə çıxarmaq olar. Yekunda yeni kadrların işə qəbulundakı sayın artmasının şahidi olarıq.
Doğrudur, hazırda bəzi müəllimlərin diplomlarının saxta olduğunu sübuta yetirmək mümkünsüzdür. Çünki saxta diplomların verildiyi bir dövrdə diplomların saxtalığını yoxlayan hər hansı bir qrum yox idi. İndi isə artıq belə bir qrum mövcuddur. Əgər diplomun saxta olduğu bu qurum tərəfindən təsdiqlənərsə, o zaman həmin şəxslər Müəllimlərin İşə Qəbulu imtahanında iştirakdan məhrum edilir. Ümid edirəm ki, bu sertifikasiya əvvəlki dövrlərdə saxta diplom əldə etmiş şəxslərin sıradan çıxarılması ilə nəticələnəcək”.
Kərimli Nihat
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya
Azərbaycan nefti bahalaşıb
10:25 16.05.2026
İqtisadiyyat