Təhsil haqlarına dair yeni güzəşt tətbiq olunacaq


Sabahdan təhsil haqlarını ödəmək üçün maddi yardımın gəlir vergisindən azad olunan hissəsi 1000 manatdan 2500 manata qaldırılacaq.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin gəlir vergisindən azad olunan hissəsi 1000 manatdan 2500 manata qaldırılacaq.