
Macarıstanın Ermənistana yardıma qarşı çıxması Azərbaycan üçün əhəmiyyətlidir-RƏY
Yusif Nəzərli
12:16 16.04.2025
Siyasət
406
Son altı həftə ərzində Macarıstan Ermənistana Avropa Sülh Fondundan 10 milyon avro məbləğində hərbi yardım göstərilməsini əngəlləyib. Bu barədə “Azadlıq” radiosu mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, 2021-ci ildə yaradılan fond AB-nin blokdan kənara hərbi yardım göndərmək üçün istifadə edilir “Yarandığı gündən vəsaitlər əsasən Ukraynaya yönəldilib, lakin 2024-cü ildə daha 10 milyon avronun Ermənistana köçürülməsi təsdiqlənib, lakin Macarıstan onlara mane olub. Budapeşt sonda Bakıya ölkədəki minatəmizləmə əməliyyatlarını dəstəkləmək üçün ekvivalent məbləğdə maliyyənin göndərilməsi şərti ilə etirazlarını dayandırıb. Bazar ertəsi Macarıstanla yardıma icazə verməsi üçün əlavə müzakirələr aparılıb, lakin heç bir irəliləyiş əldə olunmayıb”.
Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov “Sherg.az”a vurğulayıb ki, Avropa Sülh Fondu öz təyinatından və məqsədlərindən kənar addımlar ataraq süh əleyhinə fəaliyyət göstərir:

“Buna görə də Ermənistanın silahlanmasına çalışır və 10 milyon avro məbləğində yardım göstərilməsini istəyir. Türk Dövlətləri Təşkilatında müşahidəçi statusda təmsil olunan dost Macarıstanın mövqeyi təqdirəlayiqdir. Macarıstan Avropa Sülh Fondunun təşəbbüsünə qarşı çıxır və Azərbaycanın mövqeyini dəstəkləyir. Macarıstan yaxşı bilir ki, Ermənistana hərbi yardımın olunması bölgədə sülhə əngəl yaradır və təhlükəsizlik risqlərini gücləndirir. Buna görə də rəsmi Budapeşt yardımın ayrılmasına qarşı mövqeyini ifadə edir. Avropa bütün qərarlar konsensus əsasında qəbul olunur. Yəni müəyyən məsələylə bağlı qərarlara heç kim qarşı çıxmamalıdır ki, ümumi təşəbbüslər icra olunsun. Ona görə də Macarıstanın sözügedən məsələyə qarşı çıxması Azərbaycan üçün əhəmiyyətlidir. Lakin Macarıstanın Ukraynaya yardım ayrılmasına qarşı çıxdığı halda onun etirazına əhəmiyyət verilmədiyinin şahidi oluruq. Ermənistan mövzusunda da Macarıstana eyni münasibət göstərə bilərlər. Azərbaycan tərəfi buna hər zaman hazır olmalıdır. Çünki dəfələrlə Azərbaycana qarşı belə məkirli planlar həyata keçirilib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm