"300-dən aşağı bal toplamış abituriyent qəbul etməməliyik" - Kamran Əsədov
Yusif Nəzərli
08:40 13.08.2023
Elm və Təhsil
966
Dövlət universitetlərinə konkret keçid balı qoyulmalıdır
II qrupda 290 baldan yuxarı nəticə göstərən abituriyentlər ödənişsiz təhsil alacaq
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
"II qrupda dövlət sifarişli yerlərin sayı 4 325-dir. Dövlət sifarişli yerlərə 300 baldan yuxarı nəticə göstərən 4 126 nəfər var. 290 baldan yuxarı nəticə göstərən insanların dövlət sifarişli yerlərdə ödənişsiz təhsil almaq imkanı olacaq. Bu, yalnız II qrupa aiddir. Çünki burada belə müsabiqə vəziyyəti yaranıb", - DİM sədri bildirib.
Mövzu ilə bağlı “Sherg.az"a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, bu il II qrupa sənəd verən abituriyentlərin sayı digər qruplara nisbətən daha azdır. İki ildir ki, biz II qrupda çox sayda boş yerlərin qaldığının şahidi oluruq: "Plan yerlərinin sayının kəskin şəkildə artması abituriyentlərin daha aşağı ballarla ali məktəblərə qəbul olmasına gətirib çıxarır. 2010-cu ildə ali məktəblərin ümumi plan yeri 29 min idi, bu il isə bu say 56 mindir. Gördüyünüz kimi, 2 dəfəyə yaxın artım olub. Əvvəllər plan yeri az idi, abituriyent sayı çox, indi isə plan yeri çox, abituriyent sayı azdır. Ona görə də artıq aşağı ballarla da ali məktəblərə qəbul olmaq mümkündür".
K.Əsədov həmçinin qeyd edib ki, orta məktəblərdə tədrisin təşkili, təhsilin idarə olunması ilə bağlı ciddi problemlər var. Son 3 il ərzində uşaqların qəbul göstəriciləri, balları kəskin şəkildə aşağı düşüb. Uşaqlar artıq düşünürlər ki, 150 balla ikinci qrupda ali məktəbə qəbul olmaq olur. 700 ballıq sistemdə 150 bal kifayət qədər aşağı bir göstəricidir. 150 balla hər hansı bir ixtisasa qəbul olan uşağın bilik və bacarıqları yox dərəcəsindədir: "II qrupda dövlət sifarişi əsasında təhsil üçün 290 balın yetərli olması heç də yaxşı hal deyil. Tutaq ki, IV qrupdan hər hansı bir abituriyent 480 balla pullu ixtisasa qəbul olursa, II qrupda digər abituriyent 290 balla pulsuz yerə qəbul olur. Bu hal gələcəkdə II qrupa hazırlaşan abituriyentlərin imtahanlara ciddi hazırlaşmamasına səbəb ola bilər. II qrupla bağlı yaranan bu vəziyyətə əsas səbəblərdən biri də bəzi ixtisasların əvvəl tədris olunmadığı universitetlərdə yeni açılmasıdır. Bu da plan yerinin süni şəkildə artmasına səbəb olur. Burada yalnız bir məqsəd var, o da ali məktəblərin plan yerinin dolması. Hesab edirəm ki, biz dövlət universitetlərinə konkret bir keçid balı qoymalıyıq. Heç bir ixtisasa 300-dən aşağı bal toplamış bir nəfər də olsa abituriyent qəbul etməməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Barselona ən çox maaş verəcəyi futbolçusunu seçdi
19:27 14.09.2026
Futbol
Vens ABŞ-ın husilərlə birbaşa danışıqlar apardığını bildirib
19:10 14.09.2026
Dünya
Tək şagirdli məktəbə yoldaş gəldi! Sayı 2-yə yüksəldi
18:56 14.09.2026
Elm və Təhsil
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
18:46 14.09.2026
Hadisə
Azərbaycanla BƏƏ arasında sənədlər imzalanıb
18:30 14.09.2026
Gündəm
Bakıda skuter avtomobillə toqquşub
18:18 14.09.2026
Hadisə
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
18:15 14.09.2026
Sosial
Körpənizin ağlamasına bir az imkan verin!
18:03 14.09.2026
Cəmiyyət
Erməni nazir qondarma dövləti “diriltdi” -“Əcdadlarım ordandır”
17:44 14.09.2026
Region
11 aylıq Büşra körpə satılıb? Ananın etirafı, atanın təkzibi
17:11 14.09.2026
Hadisə
Ketrin Zeta-Cons Maykl Duqlasla 26 illik evliliyinin sirrini açıqladı
17:08 14.09.2026
Şou
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi
16:59 14.09.2026
Cəmiyyət
KTMT Özbəkistanla əməkdaşlıq imkanlarını nəzərdən keçirir
16:18 14.09.2026
Dünya
Türkiyənin məşhur iş adamının olduğu təyyarə qəzaya uğradı
16:09 14.09.2026
Hadisə