Ana və qızı birlikdə məzun oldular
08:21 27.06.2023
Elm və Təhsil
661
2 il əvvəl birlikdə universitetə imtahan verən Dilek Baş (50) və qızı Gizem Baş (30) eyni ixtisası qazanaraq parta yoldaşı olublar. Ana və qızı bu il Pamukkale Universitetini birlikdə bitirib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Pamukkaledə yaşayan evdar qadın Dilek Baş və qızı Gizem Baş 2 il əvvəl birlikdə universitet imtahanında iştirak ediblər. İmtahanda yaxşı nəticə göstərən ana və qızı Pamukkale Universiteti Honaz Peşə Liseyi İctimaiyyətlə Əlaqələr və Tanıtım Proqramını qazanaraq 2 il eyni şöbədə oxuyub və parta yoldaşı olublar. Ali məktəbə birlikdə gedib-gələn, bir yerdə oxuyan Dilek Baş və qızı Gizem də bu il məzun olmağın sevincini yaşayıblar.
Dilek Baş illərlə universitetə gedə bilmədiyi üçün özünü pis hiss etdiyini bildirdi: "Universitet oxumaq istəyirdim. İki il öncə qızımla birlikdə imtahana girdik . İstədiyimiz ixtisası qazandıq. Qızımla iki il keçdi və nəhayət birlikdə məzun olduq. Qızım ikinci universiteti bitirdi. Oğlum da universitet məzunudur".
Auditoriyada anasının parta yoldaşı olması ilə fəxr etdiyini deyən Gizem Baş, "Anamla fəxr edirəm. Çox xoşbəxtəm, ağlamaqdan özümü güclə saxlayıram. Əvvəl "Mühasibat uçotu və vergilər" ixtisasını bitirmişdim. Anamla yenidən imtahan verdik və eyni ixtisasa daxil olduq. İndi anamla birlikdə məzun olmağın xoşbəxtliyini yaşayıram” deyə bildirib.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm
Hayk Koncoryan Ermənistan Parlamentinin vitse-spikeri seçilib
17:41 04.08.2026
Region
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:31 04.08.2026
Sağlamlıq
Qazaxıstan Prezidenti Ermənistana səfər edəcək
17:19 04.08.2026
Dünya
Tanınmış jurnalist tarixçilərə təşəkkür etdi
17:18 04.08.2026
Elm və Təhsil
ATƏT tarixinin ən mürəkkəb mərhələlərindən birini yaşayır - ŞƏRH
17:13 04.08.2026
Gündəm
Gürcüstan və ADB arasında 250 milyon dollarlıq saziş imzalanıb
17:03 04.08.2026
Region
"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz
16:47 04.08.2026
Aktual
"Barselona" Xulian Alvaresin transferində israrlıdır
16:36 04.08.2026
Futbol
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib
16:32 04.08.2026
Dünya
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq