“Emin Əmrullayevlə birgə uşaqları məktəbə qaytarmağın yolları barədə düşünmək lazımdır. Dövlət babamızın tələbi budur”
Deputat razı deyil! - Fikirlər HAÇALANDI
14:53 22.06.2023
Elm və Təhsil
619
“Dahi şəxsiyyətlərin bioqrafiyası ilə tanışlıqdan deyim ki, onların böyük kəsimi uşaq vaxtı valideynlərini itiriblər”
“Emin Əmrullayevlə birgə uşaqları məktəbə qaytarmağın yolları barədə düşünmək lazımdır. Dövlət babamızın tələbi budur”
“Emin Əmrullayevlə birgə uşaqları məktəbə qaytarmağın yolları barədə düşünmək lazımdır. Dövlət babamızın tələbi budur”
"Aparılan anket sorğularının nəticəsinə görə, hər il qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən uşaqların, heç olmasa, bir valideyni ali təhsillidir. Ən yüksək nəticə göstərən məzunların nəticəsi valideynlərinin təhsilindən asılıdır. Bu, elmi əsaslı faktdır". Bu fikirləri Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib. DİM sədri qeyd edib ki, məktəblərdə keçirilən imtahanların nəticələri ilə tam razı deyillər: "Daha yaxşı nəticələr görmək mümkün idi".
Millət vəkili Etibar Əliyev isə bunu ziddiyyətli yanaşma adlandırıb. Deputat bildirib ki, valideynlər məktəblərə, müəllimlərə ümid bəsləyirlər:
"Bəs məktəbin vəzifəsi nədir? Böyük Amerika pedaqoqu və filosofu Dyüinin fikrincə, məktəbin vəzifəsi uşağın beynini ən müxtəlif məlumatlarla doldurmaqdan yox, onda hər bir insanın malik olduğu qabiliyyət və təmayülləri, istedad nişanələrini oyatmaq və inkişaf etdirməkdən ibarətdir. Bizim məktəblər bunu yetərincə bacarırmı? Bu sualı həm də Emin Əmrullayevə verirəm. Valideynlərin ali təhsilli olmaları əsasən nəyi dəyişir? Dahi şəxsiyyətlərin bioqrafiyası ilə tanışlıqdan deyim ki, onların böyük kəsimi uşaq vaxtı valideynlərini itiriblər. Onlar məktəb təhsilinin və valideynlərinin onlara miras qoyduqları kitabxananın ümidinə qalıblar. Ali təhsilli valideynlər uşaqlarına nəyi öyrədirlər? Özləri və övladları üçün kitabxana qura biliblərmi? Məktəbin funksiyasını dərk edirlərmi? Bizim mentalitetdə ali təhsilli valideynlər övladlarına istiqamət verir, repetitorlara nəzarət edir və övladlarının təhsillərini normal şəkildə maliyyələşdirirlər".
Parlament üzvünün sözlərinə görə, belə fikirləri səsləndirməkdənsə, Emin Əmrullayevlə birgə uşaqları məktəbə qaytarmağın yolları barədə düşünmək lazımdır: "Dövlət babamızın tələbi budur. Fikirlərimi Nobel mükafatı laureatı Əziz Sancarın tarixə düşən bir fikri ilə tamamlamaq istəyirəm: “Mənim Nobelə yetişməyimdə 3 amilin rolu olub. Atatürkün təhsil islahatları, savadsız anamın bu islahatları anlaması və Hitlerin Almaniyadan qovduğu bir neçə yəhudi alim”. Savadsız valideyn ümidini məktəbə və savadlı müəllimlərə bəsləyir. Sadəcə, məktəb və müəllimlər bu məsuliyyəti dərk etməlidirlər. Sosial statusundan asılı olmayaraq harda istedadlı uşaq varsa, ona qayğı göstərilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm
Hayk Koncoryan Ermənistan Parlamentinin vitse-spikeri seçilib
17:41 04.08.2026
Region
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:31 04.08.2026
Sağlamlıq
Qazaxıstan Prezidenti Ermənistana səfər edəcək
17:19 04.08.2026
Dünya
Tanınmış jurnalist tarixçilərə təşəkkür etdi
17:18 04.08.2026
Elm və Təhsil
ATƏT tarixinin ən mürəkkəb mərhələlərindən birini yaşayır - ŞƏRH
17:13 04.08.2026
Gündəm
Gürcüstan və ADB arasında 250 milyon dollarlıq saziş imzalanıb
17:03 04.08.2026
Region
"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz
16:47 04.08.2026
Aktual
"Barselona" Xulian Alvaresin transferində israrlıdır
16:36 04.08.2026
Futbol
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib
16:32 04.08.2026
Dünya
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq