İlk dəfə belə format tətbiq olundu
İlk dəfə belə format tətbiq olundu
Yusif Nəzərli
11:23 01.09.2023
Elm və Təhsil
683
Növbəti ildən artıq birinci qrupda yenidən balların qalxmasına şahid ola bilərik
Sosial şəbəkələrdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının (tədris ingilis dilində) dövlət sifarişli keçid balının 600 baldan 200-ə endirilməsi barədə məlumat paylaşılıb.
Məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Bununla bağlı açıqlamasında DİM-in Mətbuatla İş və Elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə bildirib ki, yayılan məlumat səhvdir: “Azərbaycan Dövlət Neft və Sənaye Universitetində proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının (tədris ingilis dilində, dövlət sifarişi əsasında) keçid balı 200 bal deyil, 344,3 bal olub. 200 bal ödənişli yerindir”.
Təhsil eksperti Kamran Əsədov "Sherg.az"a açıqlamasında bildirib ki, bu il birinci ixtisas qrupunda belə halların yaşanması gözlənilən idi: "Buna səbəb birinci ixtisas qrupunda bu il ilk dəfə idi ki, fərqli format yaradılmışdı. Bu formata görə birinci ixtisas qrupu özündə 2 alt qrupu birləşdirmişdi. Alt qruplardan biri "riyaziyyat-informatika" alt qrupu digəri isə "riyaziyyat-kimya" alt qrupu idi. "Riyaziyyat-informatika" alt qrupuna ümumilikdə imtahan verən abituriyent sayı 6000 nəfər idi.
Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası "riyaziyyat-informatika" alt qrupuna aid olan bir ixtisas idi. Bu doğrultuda sözügedən ixtisası yalnız "riyaziyyat-informatika" alt qrupuna imtahan verən abituriyentlər seçə bilərdilər. Həmin abituriyentlərin də daha çox hissəsi seçimlərini İnformatika təhlükəsizliyi, İnformatika texnologiyaları, Kompüter elmləri, Kompüter mühəndisliyi kimi ixtisaslardan yana istifadə ediblər. Ona görə də məhz bu ixtisasın dövlət sifarişi əsasında keçid balının aşağı düşməsi halı yaşanıb".
Ekspert vurğulayıb ki, ixtisaslar üzrə keçid balını abituriyentlərin sayı, onların seçimi və topladıqları ballar müəyyən edir. Digər abituriyentlərin başqa ixtisaslara üstünlük verməsi və nisbətən aşağı ballı abituriyentlərin müvafiq ixtisas üzrə seçimləri sözügedən ixtisasda keçid balının formalaşmasına şərait yaradıb: "Ümumilikdə birinci ixtisas qrupu üçün ayrılmış ümumi 18000 plan yerindən 2000-dən bir qədər çox hissəsi tutulmayıb. Bunun da əsas səbəbi müsabiqə şərtini ödəyən abituriyentlərin azlığıdır. Bu il ilk dəfə belə formatın tətbiq olunması birinci qrupda həm plan yerlərinin boş qalması, həm də ixtisas ballarının əvvəlki illərə nisbətən kəskin enməsi hallarının yaşanması ilə nəticələndi. Növbəti ildən artıq birinci qrupda yenidən balların qalxmasına şahid ola bilərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm