Nazir:“Sənədində axund yazılanlar müraciət edir ki, diplom ver”
Yusif Nəzərli
10:44 13.03.2023
Elm və Təhsil
702
“Sənədində axund, imam, şəriət müəllimi yazılan şəxs bizə müraciət edir ki, mənə diplom ver. Diploma hansı ixtisası yazaq? Onun oxuduğu sahə təsdiq olunan ixtisas təsnifatında yoxdur, diploma hansı ixtisası yazım?!”
“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
“Bir neçə min şəxsi misal çəkə bilərəm ki, tədris aldığı ölkənin dilini belə bilmir. Belə şəxsə diplomu necə verək?! Xaricdə təhsil almış şəxslərin işlərinin asanlaşdırmaqla keyfiyyəti qurban vermək olmaz. Qiyabi sessiyalarla oxuduğunu deyən şəxsin də diplomunu tanıya bilmirik”, - deyə nazir bildirib.
E.Əmrullayev, həmçinin distant təhsilə keçidlə bağlı səsləndirilən təkliflərə də cavab verib:
“Nəzərə almaq lazımdır ki, pandemiya dövründə ilk dəfə olaraq ümumtəhsil müəssisələrində distant tədris rejiminə keçid etdik. Artıq bu ilin mayında distant təhsilin nəticələrini görəcəyik. Şəxsi mülahazələrim odur ki, nəticə əsaslı şəkildə aşağı düşəcək. Çünki 2020-2021-ci ildə şagirdlər, ümumiyyətlə, dərsə getməyərək distant təhsilə cəlb olundu. Həmin zaman ərəfəsində təhsilalanların öyrənmə bacarıqlarının nə dərəcədə itməsi və ya əksi məsələsini may ayında biləcəyik”.
Muxtariyyət məsələsinə gəlincə, nazir əlavə edib ki, indiki modeldə ali təhsil müəssisələrinin əksəriyyəti dövlətin tabeliyindədir:
“Ali təhsil müəssisəsinə muxtariyyətin verilməsində akademik qurum olaraq mahiyyəti və fəlsəfəsinin ciddi müzakirəsinə ehtiyac var. Hətta elə universitet var ki, təhsil proqramını yaza bilmir və gəlib bizdən xahiş edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə