
Peşə təhsilinə olan maraq ildən-ilə artır -RƏY
13:24 21.07.2025
Elm və Təhsil
373
Bu il peşə təhsili üzrə qəbul planına 10 yeni ixtisas əlavə edilib.
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov brifinqdə çıxışında deyib.
"Bu ixtisaslar yüksək texniki ixtisaslar və texniki ixtisaslardır. Yüksək texniki ixtisaslara rəqəmsal məzmun idarəçiliyi, mexatronika, istehsalata rəqəmsal nəzarət sistemləri, tədbirlərin təşkili, satış və marketinq, texniki ixtisaslarda isə rəqəmsal inşaat, 3D oyun dizaynı, avtomobil daşımaları operatoru, qaz kəmərləri çilingəri aiddir", - o bildirib.
Direktor qeyd edib ki, gələn ilin sonunadək 9200 vətəndaşın yüksək texniki peşə təhsilinə cəlb olunması nəzərdə tutulub.
Direktor onu da qeyd edib ki, cari ildə 300-dən çox müəllim ixtisasartırma və beynəlxalq təlimlərə cəlb ediləcək. Ceyhun Kərəmov əlavə edib ki, 2025-ci ildə "Böyük Qayıdış" çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 42 ixtisas üzrə 633 təlim keçiriləcək, 711 nəfər məzun olacaq.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri "Sherg.az"a bildirib ki, bu gün Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri Ceyhun Kərəmovun media nümayəndələri keçirdiyi brifinqdə bu təhsil növü üzrə inkişafın nə qədər geniş miqyaslı olduğunu göstərən faktların şahidi olduq:

“Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov cari tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu qaydaları və şərtləri, mövcud ixtisaslar və yeniliklər barədə məlumat verməklə yanaşı, gələcək üçün ümidverici xeyli kəmiyyət və keyfiyyət göstəricilərinə diqqət etmiş oldu.
2025/2026-cı tədris ili üzrə tələbə qəbulunun 78 peşə təhsil müəssisəsində 152 ixtisas olmaqla, 32 620 plan yeri üzrə aparılacaq, ayrılan plan yerlərində ötən ilki rəqəmlərlə müqayisədə 5.4% faiz artım var.
Peşə təhsili müəssisələrində son 10 ildə ilk dəfə plan yerlərinin sayı 30 000-i ötür. Həmçinin cari ildə qəbul planına 10 yeni ixtisas əlavə edilib. Öz şəxsi təcrübəmdən də deyə bilərəm ki, peşə təhsilinə olan maraq ildən-ilə artır. Bu barədə çalışdığım Sosial Tədqiqatlar Mərkəzində peşə təhsili və onun əmək bazarına təsiri ilə bağlı tədqiqat işi apararkən daha əsaslı dataların şahidi olduq. İstər kəmiyyət, istərsə də keyfiyyət sorğusu zamanı peşə təhsilinin nə qədər vacib olduğunu, xüsusən də bölgələrdə bu tədris formasına marağın nə qədər böyük olduğunun fərqinə vardıq.
Bizi müəyyən mənada qayğılandıran məsələlərdən biri, peşə təhsilində dual təhsil forması əsasında təhsil alanların kəmiyyət azlığı idi ki, bu il bu istiqamətdə də artım olacaq. 2025/2026-cı tədris ili üzrə 2160 tələbənin dual peşə təhsilinə cəlb edilməsi planlaşdırılıb. Ötən il bu rəqəm 1273 nəfər olub. Ümumilikdə, peşə təhsili müəssisələrin sayı isə cari ildə 25-dən 28-ə yüksəldilib. Bütün bu kəmiyyət göstəriciləri heç də asanlıqla ortaya çıxan statistika deyillər. Bu göstəricilərin hamısı peşə təhsilinin yaratdığı tələb-təklif əsasında formalaşıb. Çünki peşə təhsili bugün istehsalatdakı mövqeyinə, əmək bazarındakı tələbatlılığına görə kollecləri, hətta bəzi hallarda universitetləri belə qabaqlayır.
Düşünürəm ki, peşə təhsilində biz hər il hansısa müsbət yeniliyin şahidi olacağıq.. Bu istiqamətdə Peşə Təhsili üzrə Dövlət Agentliyinə də dərin təşəkkürümüzü bildirməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Si Cinpin sentyabrın 24-də ABŞ-yə səfər edəcək
23:09 23.07.2026
Dünya
Qurban Qurbanov: ÇSKA ilə oyun baxımlı deyildi
22:47 23.07.2026
Futbol
Yevlax sakini həmyerlisini odlu silahdan atəş açaraq qətlə yetirib
22:26 23.07.2026
Dünya
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib
21:48 23.07.2026
Dünya
Cəbrayılda mina partladı: xəsarət alan var
21:12 23.07.2026
Hadisə
Xankəndidə kafedə yanğın olub, iki nəfər xəsarət alıb
20:55 23.07.2026
Hadisə
Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram
20:41 23.07.2026
Dünya
İranın "Türkiyə möhkəm dayandı" mesajının şifrəsi - TƏHLİL
20:26 23.07.2026
Gündəm
Tramp İrana yeni hücumun anonsunu verdi - ANALİZ
20:21 23.07.2026
Gündəm
İran rejimi daxildən dağılma mərhələsinə daxil olub - Analitik
19:43 23.07.2026
Gündəm
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil