Salyanda 20 məktəbdə direktor yoxdur
Yusif Nəzərli
17:34 13.05.2023
Elm və Təhsil
615
Millət vəkili təmsil etdiyi rayonun təhsil problemlərini qabartdı
"Azərbaycanda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin təxminən altıda birində direktor yoxdur. Misal olaraq, təmsil etdiyim Salyan rayonunda 20 məktəbdə direktor yoxdur". Bunu deputat Fəzail Ağamalı Parlamentin mayın 12-də keçirilən plenar iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, “Təhsil haqqında” və “Elm haqqında” qanunlara ciddi dəyişikliklərin edilməsinə ehtiyac var:
“Çünki bu sahədə bir sıra boşluqlar var və mövcud problemlər aradan qaldırılmalıdır”. F.Ağamalı bildirib ki, Salyanda 5 rayonu özündə birləşdirən Regional Təhsil İdarəsinin rəhbəri təhsillə əlaqələsi və anlayışı olmayan, əvvəllər iqtisadi sahədə çalışan insandır: “Bu cür hallar çoxdur. Bu kimi problemlərin aradan qaldırılması üçün qanunvericilik bazasında daha optimal yollar tapmalıyıq. Digər tərəfdən, bu gün repetitorlar bizə ciddi problemlər yaradır. Bu məsələnin müzakirəsinin qanunvericilikdə əks olunmasına ehtiyac var”.
Parlament üzvü vurğulayıb ki, bu gün məktəbi bitirən təxminən 100 mindən çox məzunun yarısı təhsildən kənarda qalır:
“Ona görə də texniki peşə məktəblərinə həmin məzunların cəlbi mütləqdir.
Eyni zamanda peşə məktəblərinin maddi-texniki bazasının gücləndirilməsinə ehtiyac var. Hörmətli sədr, sizdən xahiş edirəm ki, heç olmasa, Parlamentin payız sessiyası müddətində təhsillə bağlı geniş xarakter daşıyan dinləmələr keçirilsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya