
Tələbənin "suyunu çıxardırlar" - Ekspertdən İRAD
Yusif Nəzərli
15:28 05.09.2023
Elm və Təhsil
1437
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 51 sinfi ali məktəbələrə qəbul imtahanlarında yüz faizlik nəticə göstərərək, məzunların hamısı tələbə adını qazanıblar.
Qurumdan bildirilib ki, paytaxtdakı 287 nömrəli "Zəkalar" liseyinin 5 sinfi, 20, 83 nömrəli məktəb-liseylərin və Texniki Humanitar Liseyin 4 sinfi, 60 nömrəli tam orta məktəbin 3 sinfi, 299 nömrəli məktəb-liseyin, 13, 114, 149, 278 nömrəli tam orta məktəblərin isə 2 sinfi üzrə bütün məzunlar ali məktəbə qəbul olublar.
Cari ilin imtahan göstəricilərindən danışan təhsil eksperti Elmin Nuri "Sherg.az"a bildirib ki, builki qəbul imtahanlarının nəticəsinin ümumi keyfiyyətini heç də qənaətbəxş hesab etmək olmaz:
"Rekord sayda plan yerinin ayrılması, universitet qapılarına girişin sadələşdirilməsi prinsipi nəhayət ki, həyata keçirildi. Doğrudur, hələ çox işlər görülməlidir. Bəziləri abituriyentin 150 bal toplayaraq, universitetə daxil olmasından gileylənir. Bu fikirlə razılaşmıram. Tələbə yalnız attestat təqdim etməklə də universitetə daxil ola bilər. Amma gərək universitetin tədris siyasəti şəffaf, modern qaydalar əsasında həyata keçirilsin, hər bir detala (nəzəriyyə, praktika) yüksək səviyyədə diqqət göstərilsin. Həmin ali təhsil müəssisəsində imtahanların təşkili prosesi həddindən artıq qəliz və şəffaf şərtlər əsasında reallaşdırılsın.

Onda biz də tələbənin çətinliklərdən keçərək, əmək bazarında kadr kimi formalaşa bildiyini deyə bilərik. Bəzi təhsil ekspertləri hesab edir ki, Azərbaycan da Avropa, Amerika kimi, universitetlərə giriş qapılarını açmalı, çıxış qapılarını isə daraltmalıyıq. Dünyanın nəhəng universitetləri var ki, yalnız müsahibə yolu ilə tələbə qəbul edir. Müsahibədə intellektual suallar soruşulmur. Sadə, situasiya tipli suallarla müəyyən bir analitik təfəkkürü, baxış bucağını öyrənmək kifayət edir. Amma qəbul edəndən sonra tələbənin "suyunu çıxardırlar". Çox insan oradan məzun adını ala bilmir. Bu, bizim üçün hələ tez olduğuna görə ən yaxşı real göstərici elə qəbul şərtlərində çətinliyin saxlanılmasıdır.
Çünki bəzi universitetləri çıxmaq şərtilə digərlərində bu tendensiyanı göstərə bilmərik. Məsələn, bu gün Azərbaycanda Bakı Ali Neft Məktəbi (BANM), ADA Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ) kimi ali təhsil müəssisələrində tədrisə qoyulan tələblər çox sərtdir. Bu da çox yaxşıdır. Hələ ki sözügedən prinsiplər ölkəmizdə tətbiq edilmədiyi müddətcə qəbul prosesinin çətinliyi əsas məsələ olmalıdır. Əks halda xaos yarana bilər. Çətinlik isə bu il nisbətən düşdü. Amma məyusedici hallardan biri də budur ki, cari ildə tədrisi ingilis dilində olan ixtisaslara müraciət sayı az oldu. Nəticədə keçid balları endi. Əslində müraciətlər var idi. Lakin Dövlət İmtahan Mərkəzi (DİM) bir tələb qoyub: tədrisi ingilis dilində olan ixtisasları bu dilin imtahan nəticəsi 40 baldan yuxarı toplayanlar seçə bilər. Ona görə də ADNSU, BDU, AzTU, AZMİU-da tədrisi ingilis dilində olan ixtisasların keçid balı xeyli düşdü. Nəticə etibarilə universitet tədrisinin keyfiyyəti ilə Azərbaycanda qəbul prosesi arasında uygunluq olmalıdır. Əks halda bilik əsas rol oynamalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP-nin İstanbul şöbəsinə yeni sədr təyin edildi
21:36 15.10.2026
Dünya
Ölümdən dönən sənətçi - Tacir Şahmalıoğlundan AÇIQLAMA
21:34 15.10.2026
Mədəniyyət
Böyük Britaniya Ukraynaya əlavə "Storm Shadow" raketləri göndərəcək
21:11 15.10.2026
Dünya
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya