
"Üstü bəzək, altı təzək": İnternetdən alış-veriş edərkən diqqətli olun!
10:19 04.02.2025
Cəmiyyət
486
internetdəki mağazalar reklamda başqa məhsul göstərirlər, çatdıranda isə başqa məhsul çatdırırlar
Son zamanlar "Temu" adlı elektron ticarət platformasında alış-veriş edən istifadəçilərin şikayətləri artıb.
Milli.Az xəbər verir ki, istifadəçilər aldıqları məhsulların keyfiyyətsiz olduğunu və reklam olunan məhsulun real vəziyyəti ilə arasında böyük fərqlər olduğunu bildirirlər.
Bu cür zərərçəkənlərdən biri də texno-bloqer Fərid Pərdəşünasdır.
O bildirib ki, 2 manata aldığı iki tərəfli yapışqanın 1 ay keçmədən tamamilə qopub tökülüb, məhsulun heç bir fayda vermədiyindən şikayətlənib.
"Temu" platformasının istehlakçı hüquqlarını pozduğu və məhsulun real təsvirini istifadəçilərdən gizlətdiyi, istehlakçıları aldatmaq üçün müxtəlif variantlara əl atdığı qeyd edilir. Elektron ticarət alıcıları məhsul seçimində qarşılaşdıqları çətinliklərdən şikayətlənirlər və məhsulun keyfiyyəti ilə bağlı narazılıqlarını bildirirlər. İstifadəçilər daha şəffaf və etibarlı bir alış-veriş təcrübəsi tələb edirlər.
Ekspertlər qeyd edir ki, bu kimi hallar daha da artarsa, platforma ölkəmizdə bağlana bilər.
Məsələ ilə bağlı “Sherg.az”a danışan marketoloq Nicat Manafov söyləyib ki, internetdən alınan məhsulları güvənilən saytlardan əldə etmək ən önəmli faktorlardan biridir:

“Bir çox hallarda biz görürük ki, internetdəki mağazalar reklamda başqa məhsul göstərirlər, çatdıranda isə başqa məhsul çatdırırlar. Təəssüflər olsun ki, xüsusən xarici mağazalar Azərbaycana birbaşa çatdırılma edəndə, hüquqları aid olduğu ölkənin qanunvericiliyinə uyğun qorunur. Yəni siz onları Azərbaycanda məhkəməyə, verə bilmirsiz və hər hansı istehlak hüquqlarından söhbət gedə bilmir. Ona görə də maksimum çalışmaq lazımdır ki, güvəniən insanlar tərəfindən reputasiyası olan mağazadan alış-veriş etsinlər. Son dövrlərdə də bir çox mağazanın rəsmi saytlarında, şərhlər bölməsində, xüsusən süni intellektdən formalaşmış rəylər doludur. Bunlar da saxta rəylərdir. İnsanlar ən çox o rəylərə aldanaraq, məhsulları alırlar, və sonda isə belə nəticələr ortaya çıxır. Xüsusən də son dövrlərdə olan bu kimi halların artması bir az da süni intellekt ilə rəylərin yazılmasının inkişafı ilə əlaqədardır. Ona görə müştərilər dəqiq şəkildə araşdırma aparmalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol