
Osman Gündüz: Rəqəmsal tələbə kartları istiqamətində xeyli işlər görülüb
08:09 13.12.2024
Texnologiya
811
Artıq 10 mindən çox AzTU tələbəsi rəqəmsal tələbə kartına sahib olub
Universitetlər İRİA və ETN datası əsasında yeni dəyərlər formalaşdırırlar.
Artıq bu data əsasında universitet tələbələri üçün rəqəmsal tələbə kartları yaradılıb. Yəni tələbələr SİMA imza ilə myGov tətbiqinə daxil olmaqla burada tələbə məlumatlarının əks olunduğu “tələbə kartı”nı əldə edirlər.
Bu məlumatlar ETN-nin myGov-a inteqrasiya olunan tələbə datası əsasında real vaxtda formalaşır.
Bununla da tələbələr alternativ olaraq, fiziki formada tələbə kartı olmadan da tələbə məlumatlarını lazım olan yerlərə təqdim edə bilirlər.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, tələbələr, vətəndaşlar tələbə biletini, şəxsiyyət vəsiqəsini və s. sənədləri bölüşmək üçün mygov mobil tətbiqində “Paylaş" düyməsindən istifadə edirlər:

“Bu zaman ekranda QR kod və 8 simvoldan ibarət (hərf, rəqəm qarışığı) sənəd nömrəsi əks olunur. İRİA bu məlumatların yoxlanılması üçün də rəqəmsal həll yaradıb. Qurumlar “mygov Checker” platforması vasitəsilə sənədlərin doğruluğunu yoxlaya bilərlər. Hansısa qurumda sənədlərin yoxlanılması üçün qurum rəhbəri checker.e-gov.az portalına daxil olub əməliyyatları icra edəcək əməkdaşlarına müvafiq səlahiyyətlər verməlidir. Səlahiyyətli şəxs “mygov Checker” tətbiqində “QR skan et” düyməsilə QR kodu skan edə və ya həmin sənəd nömrəsi ilə identifikasiya edə bilər. Təqdim olunan məlumatların yoxlama tarixçəsi myGov mobil tətbiqində “Paylaşdığım məlumatlarım” bölməsində əks olunur. Eyni zamanda yoxlayan qurumlar da tələbənin, vətəndaşın kim tərəfindən yoxlanıldığını görə bilir. Artıq bu proses AzTU-da pilot qaydada tətbiq edilir. 10 mindən çox AzTU tələbəsi myGov platformasını öz telefonlarına yükləyib. Yəni anlaşıqlı desək, artıq 10 mindən çox AzTU tələbəsi rəqəmsal tələbə kartına, rəqəmsal şəxsiyyət vəsiqəsinə və digər rəqəmsal sənədlərə sahib olub. İRİA və ETN ilə əməkdaşlıq çərçivəsində bu istiqamətdə xeyli işlər görülüb”.
O.Gündüz deyib ki, universitet rəhbərliyinin tapşırığı əsasında tələbələrin identifikasiyası üçün məsul olan şəxslər İRİA sistemində qeydiyyatdan keçiblər:
“İRİA-nın dəstəyi ilə universitetin mühafizə xidmətinin əməkdaşları üçün Təlimlər də təşkil edilib. Təlim zamanı səlahiyyətli şəxslərə rəqəmsal tələbə kartının məlumatlarının oxunması üçün, tələbələrin identifikasiyası üçün mövcud qaydalar izah edilib. Düşünürəm ki, dövlətə məxsus datalardan effektiv istifadə etməklə yeni dəyərlərin yaradılması yetərincə əhəmiyyətlidir və bu, ölkədə rəqəmsal transformasiya proseslərinin sürətlənməsinə təkan verir.
Digər universitetlər də tələbələrə myGov tətbiqi yüklətməklə və İRİA-nın rəqəmsal platformasında qeyiyyatdan keçməklə bu rəqəmsal xidmətlərdən faydalana bilərlər. Və bu, çox doğru olardı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual