Avropa İttifaqı ilə saziş: Bakının da öz şərtləri var

“Azərbaycan Avropa İttifaqı ilə siyasi bərabərlik əsasında saziş imzalamaq istəyir”. Bunu Sherg.az-açıqlamasında politoloq Azər Rəşidoğlu deyib.  Analitik bildirib ki, Azərbaycanla bu tip sazişi hazırlamaq Avropa İttifaqı üçün asan deyil: 

“Çünki Aİ ilk dəfə olaraq, Dünya Ticarət Təşkilatına daxil olmayan bir ölkə ilə iqtisadi razılaşmaya gəlməlidir. Bunun üçün Azərbaycan Beynəlxalq Ticarət Təşkilatına (BTT) daxil olanadək mövcud mexanizmləri əvəzləyəcək və hər iki tərəfə faydalı yollar tapılmalıdır. Bundan başqa, regional stabillik, Qarabağ məsələsi, iqtisadi-ticari danışıqlara dair ortaq dil tapmaq da uzun müzakirələrə səbəb ola bilər. Bu saziş Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ölkələrlə bağladığı sazişlərə çox bənzəyir. Bura siyasi, iqtisadi-ticari, enerji regional təhlükəsizlik və Dağlıq Qarabağ istiqamətlərinin daxil ediləcəyi şübhəsizdir. Lakin hələlik sənədə daxil olacaq maddələrin dəqiq sayı naməlumdur. Siyasi əməkdaşlıq daha önəmli görünür. Bundan başqa iqtisadi və enerji sahəsi də əhəmiyyətli hesab edilir. Yeni saziş Azərbaycan məhsullarının Avropa İttifaqının bazarlarına çıxışının yaxşılaşması məqsədilə Azərbaycan qanunvericiliyin və prosedurlarının Aİ-nin ən mühüm beynəlxalq ticarət norma və standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur. Saziş Azərbaycanın maraqlarına uyğundur. Lakin Bakının da öz şərtləri var. Digər tərəfdən, Rusiya Azərbaycan və Aİ arasında sazişin imzalanmasına isti yanaşmır. Bu baxımdan, sazişin nə vaxt və hansı şəkildə imzalanacağını söyləmək çətindir”.

Qeyd edək ki, fevralın 25-də Avropa İttfaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell və Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov arasında telefon danışığı olub. Rəsmilər ikitərəfli və regional məsələləri müzakirə ediblər. Telefon danışığı zamanı Aİ-Azərbaycan ikitərəfli gündəliyi müzakirə edilib və yeni ikitərəfli sazişlə bağlı danışıqların aparılmasının vacibliyi barədə razılığa gəlinib.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu