Gün ərzində törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açıldı

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.