Ruhin İsmayılov: "ABŞ-da böyük şirkətlərlə müqavilə bağlamışam" - MÜSAHİBƏ

"Milli musiqi alətlərimizi dünyaya tanıtdıracam"



Azərbaycan musiqisinin bayağılığından çox danışılır, yazılır. Səhnədə təqdim olunan musiqilərin bəsitliyi narahatlıq yaradır. Bütün bunlarla yanaşı Azərbaycan musiqisini dünyada tanıtmaq üçün gənc nəsil də formalaşmağa başlayıb. Elə bu yaxınlarda azərbaycanlı gənc bəstəkar Ruhin İsmayılovun səsi okeanın o başından, Amerikadan gəldi. 

Azərbaycanlı bəstəkar dünyanın məşһur kino sektorunda yer alan Hollivud şirkətləri ilə işbirliyinə başlayıb. Bəstəkar Ruhin İsmayılov «Şərq»ə  müsaһibəsində maraqlı məqamlara aydınlıq gətirdi.

- Bu gün səhnədəki musiqilərin bəsitliyi narahatlıq üçün səbəb olub. Efirdəki mahnılar sizi qane edirmi?

- Mən desəm ki, bu mahnıların əksəriyyәtində milli koloritlər yoxdu, musiqi keyfiyyәtindən danışmağa dәyməz, yəqin bəziləri məni qınayacaq. Çünki müğənnilərin əksəriyyәti toylara məhz o bayağı mahnıları oxumaq üçün gedir. Ona görə də mənim tənqidim onların maraqları çərçivəsinə sığmır. 

- Yerli seriallardakı mahnıların sonralar səni Türkiyəyə apara bildi.

- Bəli, "Bir ailəm var" serialında çalışmışam. Sonra dostlarımın vasitəsilə Türkiyəyə getdim. Türkiyənin nüfuzlu "Afşar" film şirkəti ilə bәrabər әrsəyə gətirdiyimiz  "Rüzgar" filmi oldu. Filmin baş rollarında Halil Sezər, Belgin,  Ataberk  Mutlu kimi  məşһur aktyorlar çəkilib.  

- Səhv etmiriksə, yeni bir film üzərində də çalışmaq üçün təklif gəlib...

- Bəli. Yəni  Türkiyənin məşһur şirkəti sayılan "Afşar" filmlə yeni bir serial  üzərində çalışıram. Yaxın müddətdə artıq efirlərə təqdim olunacaq. Sadəcə, indidən serialın adını açıqlamaq ixtiyarım yoxdu.

- Bəs Hollivuda necə gedib çıxdın?

- Türkiyədə çalışdığım dönəmdə dostlarım mənə dəstək oldular. Mən "Sinetkols Loopmasters" şirkətləri şəbəkəsinin təsisçisi Utku bəyə təşəkkür edirəm. Eyni  Volkan Sönmezin köməyi ilə mən mahnılarımı, sinqlları Holluvuddakı şirkətlərə göndərdim. Sözün düzü, ümid etmirdim ki, məni seçəcəklər. Amma kastinqlərdə 2000 bəstəkarın mahnıları arasından mənim musiqilərim ilk onluğa daxil oldu. İnanın, mən öz adıma görə deyil, Azərbaycan adına qürurlandım.

- Artıq müqavilə bağlanıb?

- Dünyanın məşһur "Sinetkols Loopmasters  Freaku Loops" kimi nüfuzlu musiqi və "Sond fx" şirkəti ilə müqavilə bağlamışam. Üzərində çalışdığım layihənin məqsədi milli alətlərimizi dünyada tanıtmaqdır. Bilirsiz ki, ermənilər bizim milli alətlərimizi xaricdə özlərininki kimi  təqdim edirlər. Bunların qarışısını almaq və bu layihəlәrlə onların cavabını vermək mənə elə gəlir ən doğru yoldu. Biz öz içimizdə nə qədər desək ki, o alətlər bizimdi, bunu kimsə eşitmir. Özümüzə deyil, dünyaya eşitdirmək lazımdı ki, bizim milli musiqi alətlərimiz hansılardı.

- Eyni zamanda retro musiqilərdən ibarət albom da hazırlanır.

- Hollivudda bağlanan müqavilə çərçivəsində bir neçə layihə hazırlanacaq. Onların arasında retro musiqilərimizdən ibarət albom xüsusi yer tutacaq.

- Hazırda Bakıya gəlməyinizin də məqsədi bununla bağlıdır?

- Bakıya gəlməyimin məqsədi məhz layihəmi tamamlamaq üçündür. Milli musiqi alətlərimizlə bağlı sənədləri və araşdırmaları əldə etmək və onları layihə şəklində hazırlamaq üçün Bakıya gəlmişəm. Şərq alətləri adlı albom Amerikada məşһur Hollivud şirkətlərindən birində hazırlanır. Və bu albomlar eyni zamanda Hollivudda çəkilən filmlərdə də istifadə oluna bilər. Yaxında daha bir böyük layihə də tam şəkildə təqdim olunacaq.