Azərbaycanda ailəsini yandıran kişi tutuldu - YENİLƏNİB

Şəmkirdə ailə üzvlərini yandıran şəxs saxlanılıb.
APA-nın məlumatına görə, 1963-cü il təvəllüdlü Yaqubov Vəli Əkbər oğlu Şəmkir Rayon polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılıb.
Qeyd edək ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

***

07:07

Şəmkirdə kişinin həyat yoldaşını, oğlunu, gəlinini və azyaşlı nəvəsini yandırmasının bəzi təfərrüatları məlum olub.

APA-nin yerli bürosunun məlumatına görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Vəli Vəliyev hadisədən bir neçə saat əvvəl ailəsi ilə mübahisə edib və onlara bildirib ki, evi tərk etsinlər, əks təqdirdə evi yandıracağı ilə hədələyib. Daha sonra o, benzin tökərək altıotaqlı evi əşyaları ilə birlikdə yandırıb. Bu zaman ailə üzvləri də xəsarət alıb. Yaxınlarının sözlərinə görə, ailədə uzun müddət söz-söhbət olub.

Ailənin 3 yaşlı övladı Vəliyev Ömər Əkbər oğlu ev yanan zaman xisal edilib. İnsident zamanı ağır yanıq xəsarətləri alan 32 yaşlı Vəliyev Əkbər Vəli oğlu, 32 yaşlı Hüseynova Nərgiz Zahid qızı və 4 yaşlı Vəliyeva Banu Əkbər qızının vəziyyəti ağır olduğundan TTYX birqadasl ilə Bakı şəhərində gətirilib.

Hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

***

Saat 03:13

Şəmkirdə 4 nəfər yanıq xəsarətləri alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.

1966-cı il təvəllüdlü Yaqubova Nüşabə Vəli qızı, 1988-ci il təvəllüdlü Vəliyev Əkbər Vəli oğlu, 1988-ci il təvəllüdlü Hüseynova Nərgiz Zahid qızı və 2016-cı il təvəllüdlü Vəliyeva Banu Əkbər qızı yanıq xəsarətlərilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara lazımi tibbi yardım göstərilib. Reanimasiya şöbəsinə yerləşdirilən yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, hadisəni ev sahibi Vəli Vəliyev ailə münaqişəsi zamanı törədib. V.Vəliyev ailəsi ilə mübahisə etdikdən sonra benzin tökərək onları yandırıb.

Faktla bağlı araşdırma aparılır.