Şagird koronavirusu rəngli karandaşlarla izah etdi


Son ayların ən çox müzakirə olunan mövzusu Koronavirus pandemiyasıdır.

O, tədrisdən də yan keçməyib. Belə ki, bəzi təhsil müəssisələrində müəllimlər şagirlərə məsələni daha yaxşı izah etmək məqsədilə onlara praktik iş tapşırırlar. Görünür, məktəblilər koronavirusun nə qədər ciddi xəstəlik olduğunu və ona qarşı mübarizə üsullarını kifayət qədər mənibsəyiblər. 

 Binəqədi rayonunda yerləşən 126 nömrəli məktəbin 8/Ç sinif şagirdi Elvira Əsgərova da belələrindəndir. Onun "Həyat bilgisi" fənnindən onlayn ev tapşırığı üçün çəkdiyi şəkillər maraqla qarşılanıb. Fənn müəllimi Şəfiqə Yəhvayevanın sözlərinə görə, Elvira gələcəkdə istedadlı rəssam ola bilər.