“Sarkisyan və Köçəryan əlləri qana batmış canilərdir”

“Onlar Qarabağ müharibəsində, Xocalı soyqırımında əsas rolu oynayıblar”

“Həmin adamlar öz vətəndaşları üçün ciddi faciələr törədiblər”


Ermənistanın keçmiş rəhbərləri Robert Köçəryan, Serj Sarkisyan Azərbaycan xalqına, günahsız dinc əhaliyə qarşı qətllər törətmiş hərbi cinayətkarlar, canilərdir. Bununla yanaşı onlar hakimiyyətdə olduqları dövrdə öz xalqına qarşı da saysız-hesabsız cinayətlər törədiblər. Ermənistana 20 il müddətində belə hərbi canilər, kriminal aləmin təmsilçiləri rəhbərlik ediblər.

Ermənistanın düşdüyü rəzil durumun səbəbkarları da məhz bu canilərdir. Onlar Ermənistan dövlətinin təməlini terror və cinayət üzərində qurublar.



Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki,  Sarkisyan və Köçəryan əlləri qana batmış canilərdir:

“Onlar Qarabağ müharibəsində, Xocalı soyqırımında əsas rolu oynayıblar. Köçəryan və Sarkisyan Ermənistan prezidenti olduqları dönəmlərdə də öz xalqına qarşı amansız olublar.

Məsələn, Köçəryan 2010-cu ilin mart ayında yeni prezident seçkiləri zamanı yaxın adamı olan Sarkisyanı hakimiyyətə gətirəndə əhali etiraz etdi. Köçəryanın göstərişi ilə xüsusi təyinatlı qüvvələr mitinq keçirən əhaliyə atəş açdı.

Beləliklə, 12 nəfər öldü, çoxlu sayda erməni vətəndaşı yaralandı. Bütün bunlar Köçəryan və Sarkisyanın necə xislətə malik olduğunu sübut edir. Onlar nəinki Azərbaycan xalqı, hətta öz vətəndaşları üçün ciddi faciələr törədiblər”.