Alimlərdən şok araşdırma: Dünyanın "buz çağı" başlayır - İqlim dəyişikliyi - FOTO

İngilis alimləri dünyanın 2021-ci ildən 2050-ci ilədək mini buz çağına girəcəyini açıqlayıb.
"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə Northumbria Universitetinin professoru Valentina Zharkova Yer kürəsinin mini buz çağının astanasında olduğunu iddia edib. Zharkova və onun qrupu gələcək qlobal iqlim dəyişikliklərinin riyazi proqnozlaşdırılmasına imkan verə biləcək bir model  hazırlayıb. Yeni hesablamalara görə günəşin maqnit dalğalarının azalması gözlənilir. Bu da xüsusilə 2021-2050 illər arasında hava istiliyində ciddi bir azalmaya səbəb olacağına işarədir. Tədqiqat qrupu bu illər ərzində fasilələrlə “Kiçik Buz Çağı” adlanan bir dövrün olacağını təxmin edir. Professor Zharkova qrupun hazırladığı modelin yüzdə 97 faiz dəqiq proqnoz verdiyini bildirib.