Atı liftə mindirmək istədi, aləm qarışdı    

İsrailin Tel-Əviv şəhərində fövqəladə bir hadisə yaşanıb. Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, şəhərdəki lüks bir mənzil sakini atını özü ilə aparmaq istəyir.

Qalxmaq üçün atı liftə mindirməyə çalışan adam, qapı tam bağlanmadığı üçün arzularına müvəffəq ola bilməyib. Hadisə təhlükəsizlik kameralarına anbanan əks olunub. Mənzil sakinlərinin şikayət etməsindən sonra atın sahibi və rəfiqəsi saxlanılıb. O, polislərə ifadəsində bildirib ki, binaya bir at gətirməyin problem olacağını düşünməyib: “Bura bir dostumu ziyarətə gəldim. Binaya bir at gətirməyimin problem olacağını düşünmürdüm. Çünki at gətirməyin qadağan olunduğu barədə heç bir yerdə yazılmayıb. Onu tərk edə bilmərəm, çünki bahalı bir atdır. Çöldə qoysam, oğurlana bilərdi ".
Qeyd edək ki, polis həmin hadisədə atın zərər görüb-görmədiyini araşdırmağa başlayıb.