Azər Həsrət MSK-ya şikayət göndərdi: “…Hərəkətə keçməyə çağırıram”

“55 saylı Xaçmaz şəhər seçki dairəsinin ərazisində seçki rəsmən sabotaj edilir”.

Sherg.az-ın xəbərinə görə, bunu 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizəd, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət sosial şəbəkədə yazıb. 

Jurnalist vurğulayıb ki, Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev və rayonun keçmiş icra başçısı Şəmsəddin Xanbabayev Prezident İlham Əliyevin çağırış və tapşırıqlarını heçə sayaraq inzibati resurslardan istifadə etməklə ədalətli və ləyaqətli rəqabət şəraitinə əngəl olmaqdadır: 

“MSK-ya şikayətimizi göndərdik. Xaçmaz rayon icra hakimiyyətini, eləcə də DSK və MSK-nı hərəkətə keçməyə çağırıram. Xatırladıram ki, Regional Mədəniyyət İdarəsi hansısa namizədin xeyrinə səfərbər edilə bilməz. Mədəniyyət naziri Əbülfəs Qarayevi də bu qurumla bağlı tədbir görməyə dəvət edirəm”.