“Pələng illəri, ümumiyyətlə, dünyanın dəyişməsinə, qlobal hadisələrin baş verməsinə səbəb olub”
“100 ilik müharibə, tarix boyu baş verən dünya müharibəsi pələng ilinə təsadüf edib”
“Həmçinin Çernobıl kimi dəhşətli partlayış da həmin ildə yaşanıb. Faciə 7 milyon insanın həyatına son qoyub”
“Dünyanın yenidən bölüşdürülməsi və ən əsası dünyadakı kürəsəl güclərin qarşıdurmasına zəmin yaradan bir ildir”
Artıq 2022-ci ilin gəlməsinə sayılı günlər qalıb. Hər kəs Yeni İli səbirsizliklə gözləyir. İnsanlar üçün növbəti ilin nələr vəd edəcəyi maraqlıdır.
Növbəti il barədə proqnozlarını “Sherg.az”a bölüşən "Qoroskop" qəzetinin baş redaktoru, astroloq Səbuhi Rəhimli bildirib ki, qarşıdan qara, su ünsürlü pələng ili gəlir:
“Fevralın 1-i başlayıb, 2023-cü ilin 23 yanvarında bitəcək. Bu aralıq Çin təqvimi əsasında hesablanır. Pələng illəri, ümumiyyətlə, dünyanın dəyişməsinə, qlobal hadisələrin baş verməsinə səbəb olub. 100 ilik müharibə, tarix boyu baş verən dünya müharibəsi pələng ilinə təsadüf edib. Həmçinin Çernobıl kimi dəhşətli partlayış da həmin ildə yaşanıb. Faciə 7 milyon insanın həyatına son qoyub. Bəzən 10 milyon da deyirlər. Tanınmışlara qarşı siyasi çevrilişlər, sui-qəsdlər gündəmdə olur. Dünyanın yenidən bölüşdürülməsi və ən əsası dünyadakı kürəsəl güclərin qarşıdurmasına zəmin yaradan bir ildir. Belə olan halda müharibələr, iğtişaşlar, hökumət dəyişiklikləri baş verir. Ərəb coğrafiyasında bir zamanlar Hüsnü Mübarək, Muəmmər Qəddafi, Səddam Hüseyn, Hafiz Əsəd kimi diktatorların hakimiyyətə gətirilib. Onların devrilməsi də pələng ilinə düşür. Yeni bir era yaranıb, zamanı çatıb, hər birini uzaqlaşdırıblar. Bu gedişat doğrudan da çaxnaşmalı bir dönəmdir”.
Astroloq bunu da əlavə edib ki, elm və texnologiyanın inkişafı, xüsusən də tibdə qeyri-adi ixtiraların şahidi oluruq:
“Pələng ili narahat olmağı ilə yanaşı həm də inkişafa xidmət edən bir dönəmdir. İlin aparıcı bürcləri qoç və əqrəbdir. Sosial sferada iğtişaşların olacağı dövrdür. Çünki bu ildə insanlar öz haqqını tələb etməyə qalxırlar. Bu da sonda gəlib hakimiyyət dəyişikliklərinə də səbəb ola bilər. Həm də hər zaman dediyim kimi, 1991-ci ildən dünya təmirə dayanıb, 2023-cü ildə bitəcək. 2023-cü ilə bir il qaldığı üçün bu il dünyanın siyasi, hərbi, coğrafi mühitində böyük dəyişikliklərə şahidlik edəcəyik”.
S.Rəhimli vurğulayıb ki, Azərbaycana gəlincə, gələn il səhiyyə və təhsil istiqamətində müəyyən istefalar, həbslər olacaq:
“Qarabağda hər hansı müharibəni istisna edirəm. Bunu ötən il də diqqətə çatdırmışdım. Xırda antiterror əməliyyatları hələ müharibə demək deyil. Pandemiya isə ilin ikinci yarısından çox sürətlə azalmağa doğru gedəcək. İlin sonuna kimi 20 faizə qədər enəcəyini hesab edə bilərik”.