Şəxsiyyətlərimizi qaralamayaq! - Xarici ölkələrə məlumat ötürürlər

“Ölkədə xarici donor vəsaiti ilə fəaliyyət göstərən mərkəzlər var. Ölkənin mediasını, sosial şəbəkləri monitorinq edib məlumatları xarici ölkələrə ötürməklə məşğuldular”. 
Bu sözləri “Şərq”ə açıqlamasında Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib. Hüquq müdafiəçisinin sözlərinə görə,   bu şəbəkənin işi Azərbaycanın görkəmli şəxsləri ilə bağlı gedən müzakirələri toplayıb “lazımı” yerlərə göndərirlər. Bu yolla ermənilər xeyli görkəmli şəxslərimizlə bağlı Vikepediyanın rus və ingilis versiyasında olan məlumatları sildirib və ya redaktə etdiriblər:  

“Məsələn Əhmədiyyə Cəbrayılov barədə "bizimkilərin" yazdıqları əsasında onun vikepediya məlumatları silinib və yeni redaksiyada tamam başqa şeylər yazılıb. 

Rəsulzadə, Nərimanov və digər şəxsiyyətlər barədə gündəm yaradıb müzakirə açanların məqsədləri budur. Amma Nərimanovu müzakirə edənlərin əksəriyyəti Əkrəm Əylisli barədə ya susur, ya da əksinə onu göylərə qaldırır. 

Bu prosesə bilməyərəkdən qoşulanlara deyirəm ki, azərbaycanlı şəxsiyyətlərin erməni-fars planının tərkib hissəsidir. Əlbəttə, tarixin mürəkkəb məqamlarında taleyüklü məslələri həll edənlərin səhvləri də olub. 

Onları demək və yazmaq da olar. Amma baxır kim deyir. Bəzən şəxsiyyətlər və dövrlər barədə bir dövlət xadiminin dedikləri milli mənafelər baxımdan lazımdır. 

Amma bu yerdə qalanlara əsas vermir ki, ağızlarına gələni yazıb 100 il əvvəlki hadisələrə qiymət versinlər. Ermənilər Mikoyan barədə pis heç nə yazmır. O da bolşevik olub. Faşist Nejdeye de heykəl qoyublar”.