Röya Ulu Öndərdən yazdı:“Kaş ki, televiziyada saatlarla sizə qulaq asa bilsəydim” 

Xalq artisti Röya Ayxan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı paylaşım edib.
“Sherg.az” xəbər verir ki, bu barədə O, İnstaqramda status yazıb:
“Bu gün görkəmli lider və siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd edilir. Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq. 

Ümummilli Liderin Azərbaycan üçün etdikləri qəlbimizdə əbədi olaraq yaşayacaq. 
Kaş ki, yenidən çıxışlarınızı izləyə, işim aşıb-daşsa da, televiziyada saatlarla sizə qulaq asa bilsəydim. 
Yeriniz behiştdir, bizim əziz və unudulmaz Liderimiz!”, - deyə, Xalq artisti bildirib.