Azərbaycanlı modeli Türkiyədə döydülər! – İLGİNC SƏBƏB 

“Miss Azərbaycan” Səmra Hüseynovanın İstanbulda başına iş gəlib.
“Sherg.az” xəbər verir ki, model şirkətlərdən birinin yaşadığı məhəllədə fəaliyyət göstərən filialından 15 min 800 türk lirəsi qiyməti olan məhsul sifariş edib.  Çatdırılan məhsulda isə problem çıxıb. Şirkət malı geri aparıb və yenisi üçün 20 faizlik endirim təklif edib. Səmra razılaşıb, endirim olmasa da, tezliklə yeni məhsula ehtiyacı olduğunu bildirib.

 Daha sonra məhsul və pul müştəriyə qaytarılmayıb. Filialdan ona fabrikə müraciət etməyi məsləhət görüblər və müştərinin nömrələrini bloklayıblar.

Model filiala şikayətə getdikdə əməkdaşlar müştəriyə hücum edib, xəsarət yetiriblər. Hadisələr modelin “TikTok” canlı yayımında öz əksini tapıb. 

Əraziyə gələn polis isə müştərini günahkar bilib və onu 3 gün azadlıqdan məhrum edib. Bu hadisədən sonra  model Türkiyəni tərk edərək Azərbaycana gəlib.