Heydər Əliyevin şəxsi mühafizəçisi: “Söylədi ki, saatı taxsam, mənə nə deyərlər?”

Ulu Öndər Heydər Əliyevin şəxsi mühafizəçisi Mahir Musayev onunla bağlı xatirələrini bölüşüb. 
“Sherg.az” xəbər verir ki, bu barədə o, Baku TV-yə müsahibəsində danışıb. 
M. Musayev Ümummilli Liderlə maraqlı xatirəsindən söz açıb:
“Dedilər ki, saat tap. Həmişə saata baxırdı. Mən də bir-iki yerə zəng etdim. “Rolik” brendinə dedim, bizə sadə saatlar lazımdı. Dedi, yaxşı, sabah gətirərik. Soruşdular ki, kim üçün, dedim Azərbaycanın Prezidenti üçün. Dedilər, oldu. Səhəri gün gətirdilər, göstərdilər, dedilər seçin. Açdılar ki, saatlar 13 min dollardan başlayır. O birilər isə 120 min dollardandır. Dedim, siz nə gətirmisiz, kimdir bunu geyən? Bizə sadə ağ metaldan saat lazımdır. Bildirdim ki, prezidentə heç nə deməyin, özümüz həll edərik. Səhər soruşdu ki, sənin pulun haradandır? Dedim, pulum yoxdur. Söylədi ki, 120 min dollara saat gətirmisən. O qiymətə saat taxsam, mənə nə deyərlər? Bir milyon qaçqın var, 20 faiz torpağımız işğaldadır. Söylədim ki, bilməyiblər, hamısını qaytarmışıq. SSRİ-nin vaxtında, 70-ci illərdə onun saatını 300 rubldan 400 rubla qədər bazarlayırdılar”.