Nicatı başqa qucaqlarda axtarırlar: Paşinyandan bərk yapışmalıdırlar...

Heç vaxt həbsdən çıxmamağınız üçün dua edirəm. Niyə xalqı ölüm-dirim savaşına səsləyən, özünü “prezident” adlandıran şəxslər başına güllə çaxmadı? Həyat qiymətlidirmi, cənablar?

Bunu erməni bloger Natali Aleksanyan Feysbukda Qarabağda ləğv edilmiş xuntanın keçmiş rəhbərlərinə müraciətlə yazıb.

“İşlərinizi, buğda tarlalarınızı, çətənə plantasiyalarınızı xilas etmək üçün itirdiyimiz minlərlə övladımızın həyatı qiymətli deyildimi? Siz özünüzü kim hesab edirsiniz? Bütöv bir xalqı aldatmaqla qurtula biləcəyinizi düşünürdünüz? Mən qarabağlılara heyrətlənirəm ki, niyə o plantasiyaları sizinlə gübrələməyiblər? Heç vaxt həbsdən çıxmamağınız üçün dua edirəm. Amma üzülməyin, tezliklə Ermənistandan olan əkinçiləriniz də sizə qoşulacaq, onların da özlərini güllələməyə cəsarətləri çatmayacaq”, - o bildirib.

Çıxışı "Sherg.az"a şərh edən Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk söyləyib ki, ermənilər reallığı düzgün qiymətləndirə bilmədiklərinə görə rəzil duruma düşüblər:
"Prezident İlham Əliyev ermənilərə 300 ildə görmədikləri dərsi verir. Onların ağlı 1990-ci illərə getmişdi. Ümumiyyətlə ermənilər həmişə nicatlarını başqa dövlətlərin qucağında tapmağa çalışıblar. Buna görə də böyük səhv etdiklərini dərk etməyiblər. İndi isə bəziləri reallığı anlayır. Ona görə də ermənilər Paşinyanın ətəyindən bərk yapışmalıdırlar. Çünki Paşinyan Ermənistanın gələcəyini xilas etməyə çalışır. Düzdür, Azərbaycan üçün bundan sonra Ermənistanda kimin hakimiyyətdə olması üçün önəmi yoxdur. Əsas bu gün regionda Azərbaycan diqtə edən tərəfdir. Bundan sonra Azərbaycan nə deyəcəksə, Ermənistan onu qəbul etməyə məcbur olacaq. Həm də Paşinyan və onun kimi düşünənlər regionun indi və gələcək taleyini Azərbaycan-Türkiyənin müəyyənləşdirdiyini qəbul ediblər".