Vardanyan kimilərin sözünə etimad etmək olmaz  - RƏY

Qarabağdakı separatçıların rəhbərlərindən olan, Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən saxlanılaraq həbs edilən Ruben Vardanyan susqunluğunu pozub.
Bu barədə Caliber.az xəbər verir.

Qeyd olunur ki, 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edən və Qarabağdakı separatçı rejim layihəsini dirçəltmək üçün Xankəndiyə göndərilən erməniəsilli rusiyalı milyarder Ruben Vardanyan indi çox fəal şəkildə azərbaycanlılara açıqlamalar verir.

Bu açıqlamalardan sonra demək olar ki, Avropa Parlamenti, ABŞ Konqresi, Samanta Pauer, çoxsaylı “jurnalistlər”, “ekspertlər” və “hüquq müdafiəçiləri”nin “başı ağrıyacaq”.

Çünki Azərbaycan tərəfi Ruben Vardanyanın Qərbin əsas siyasətçiləri, jurnalistləri, “hüquq müdafiəçiləri” və “ekspertləri” ilə təmaslarına dair sənədli sübutlar əldə edib, onlarla lobbiçilik (siyasi və informasiya xarakterlidir) fəaliyyətinin müəyyən tapşırıqlarını həyata keçirmək üçün açıq maliyyə sövdələşmələri aparılıb.“Dünya ictimaiyyəti Ruben Vardanyanın Karnegi Fondu ilə əməkdaşlığının təfərrüatından tezliklə xəbərdar olacaq. Britaniyalı mütəxəssis Tomas De Vaal da hazırlaşmalıdır, onu xoşagəlməz sürprizlər gözləyir, çünki hər sirr bəlli olur. İstintaqın təfərrüatı açıqlananda (və sənədləşdiriləndə) qalmaqallar Avropa Parlamentini, ABŞ Konqresini və Dövlət Departamentini silkələyəcək, heç “kiçik balıqları” demirik.

O da məlum olub ki, Donetsk separatçısı, hazırda Rusiya Federasiyası Dövlət Dumasının deputatı olan Aleksandr Boroday birbaşa Vardanyan tərəfindən maliyyələşdirilib. Ümumiyyətlə, məlum olub ki, Vardanyan Rusiya xüsusi xidmət orqanlarının müvafiq idarəsinin nəzarəti altında Donbas separatizminin dəstəklənməsində fəal iştirak edib.
USAID-in rəhbəri Samanta Pauerin də Ruben Vardanyanla, yumşaq desək, çox yaxın təmaslarının təfərrüatı 

Azərbaycan tərəfinə məlum olub. Ümumiyyətlə, sadəcə, inanılmaz mənzərə ortaya çıxır - Samanta Pauer timsalında ABŞ administrasiyasının əsas fiqurlarından biri Ruben Vardanyanla əməkdaşlıq edir, o da öz növbəsində eyni vaxtda Ukraynada separatizmi maliyyələşdirir.

Əsas sual budur ki, kim kimin üçün işləyib? İstisna etmək olmaz ki, Ruben Vardanyan erməni ənənələrinə uyğun olaraq ikili agent olub, bunun nəticəsində Rusiya hakimiyyətinin “görən gözləri” ondan, sadəcə olaraq, canını qurtarıb”, - deyə məlumatda bildirilir.

İstintaqın davam etdiyini deyən təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza "Sherg.az"a bildirib ki, bu müddət ərzində müəyyən adların üzə çıxması təbiidir:

"Lakin bunlar gizli saxlanılacaq. Çünki istintaq prosesinin öz qanunu var. Amma təbii ki, Azərbaycanın güc strukturları bunu müəyyən edəcəklər. Çünki istintaqda mütəxəssislər iştirak edir və həbsə düşən insanlardan müəyyən adları və detalları alacaqlar. Lakin Vardanyan kimilərin sözünə tam etimad da etmək olmaz. Çünki ermənilər ikibaşlı oynayırlar. Yəni özləri ilə bərabər başqalarını da oda atırlar. Bu mənada yalan məlumatlar və saxta adlar verilə bilər. İstintaqı tam aparmamış həmin adamları boşuna düşmən elan etmək doğru deyil. Bizim belə bir təcrübəmiz onsuz da var. 
Bilirsiniz ki, "Tərtər hadisələri"ndə müəyyən insanlar xain adlandırıldı. Amma həqiqətdə belə deyildi.  Ümumiyyətlə erməni agenturası ikibaşlı oyunlarda ustadır. Adları çəkilən insanlar isə çox hiyləgərdirlər.  Onlar xüsusi hazırlıq keçiblər. Bu kontekstdə hər bir ad və məlumat dərindən araşdırılmalı və daha sonra hərəkət edilməlidir".