Zelenskinin səfəri Rusiya-İsrail münasibətlərini poza bilərdi...

Ukrayna Prezidenti Volodimir Zelenski həmrəylik nümayiş etdirmək üçün İsrailə səfər etmək istəyib.

Bu barədə “Ynet” nəşri məlumat yayıb.

“Amma İsrail tərəfi Zelenskiyə bildirib ki, indi onun səfərinin vaxtı deyil”, - nəşr bildirib.

 Səfərin məqsədini “Sherg.az”a dəyərləndirən politoloq Əhəd Məmmədli bildirib ki, Ukraynanın bu həmrəylik adı altında olan addımı başa düşüləndir:
“Ukrayna Rusiya ilə müharibəyə başladığı vaxtdan İsrailin dəstəyini almağa çalışır. Onların İsraildən almaq istədiyi bəzi silahlar var. Eyni zamanda Ukrayna rəhbərliyində yüksək vəzifələrdə kifayət qədər yəhudi millətindən olan şəxslər mövcuddur. Ukrayna Prezidenti Zelenski özü də yəhudi xalqının nümayəndəsidir. Buna rəğmən İsrail dövləti hər zaman Rusiya ilə münasibətlərin qorunub saxlanmasına çalışıb. Onlar Rusiyaya qarşı sanksiyalara qoşulmayıb, Ukraynaya açıq şəkildə dəstək verməyiblər. Həmçinin Ukrayna ümumi mənzilli nüvə roketlərini istəsə də, İsrail tərəfi satmaqdan imtina edib. İndi Zelenski məqamdan istifadə edərək yenidən yaxınlıq qurmağa çalışır. Səfər buna hesablanmış addım idi. Təl-Əvivə olan səfər İsraillə Rusiya münasibətlərini poza bilər. İsrail hakimiyyəti Zelinskinin səfərinin xeyirdən çox ziyanı olacağını düşündüyü üçün səfərdən imtina ediblər”.