Putin rahatdır: Rusiya Ukraynananı məğlub edir?

Qərb Rusiyaya qarşı hibrid müharibəsini davam etdirir.
 Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"NATO-nun fəaliyyəti kəskin şəkildə artdı. Rusiya Federasiyasının sərhədlərinə ABŞ-dan əhəmiyyətli qüvvələr yerləşdirildi. Qərb NATO-nu Şərqə genişləndirməyəcəyinə söz verdi. Lakin onlar həyasızcasına, hər addımda yalan danışırlar. Rusiya Federasiyası xüsusi əməliyyatın məqsədlərindən əl çəkmək niyyətində deyil. Rusiya qoşunlarının xüsusi əməliyyat zonasında təşəbbüsü var".
Rusiyalı lider bildirib ki, Ukrayna ağır itkilər verir və ehtiyatlarını böyük ölçüdə Qərbə əks-hücumun nəticələrini göstərməyə sərf edib: "Qərbin Rusiya Federasiyasına strateji məğlubiyyətə uğratmaq üçün bütün cəhdləri iflasa uğradı. Xüsusi əməliyyat Qərb hərbi texnikasının toxunulmazlığı mifini məhv etdi".

Məsələ ilə bağlı “Sherg.az”a danışan Ağ Partiyanın sədr müavini, politoloq Əhəd Məmmədli Putinin hazırda çox rahat olduğunu bildirib:

“Çünki Ukraynanın bu ilin may ayından başlayan əks hücumu uğursuzluqla nəticələndi. Ukrayna Rusiyanın qurduğu müdafiə xəttini keçə bilmədi. Həmçinin rəsmi Kiyev Qərbdən də artıq əvvəlki  dəstəyi görmür. Müharibənin uzanması ABŞ-nin də laqeyid yanaşmasına gətirib çıxarıb. Ukraynanın düşdüyü çətin vəziyyət Putinin özünü rahat hiss etməsinə səbəb olub. Ona görə də Kreml rəhbəri əməliyyatları davam etdirəcəyini söyləyir. Amma ötən ilin bu günü Putin belə tərzdə danışmırdı. Hazırda davam edən müharibədə Rusiya üstünlüyü ələ alıb. Sözügedən üstünlük davam edərsə, Rusiya Ukraynanı istədiyi şərtlər qarşılığında atəşkəsə məcbur buraxa bilər”.