Türkiyənin ən soyuq yeri: Termometrlər mənfi 28,4 dərəcəni göstərib

Ərdahanın 2030 hündürlükdə yerləşən Gölə mahalı ötən gecə mənfi 28,4 dərəcə ilə Türkiyənin ən soyuq yaşayış məntəqəsi olub.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, 1900 hündürlükdə olan Ərdahanda qarın təsirini itirdiyi soyuq hava şəraiti yaranıb.

Gecə şəhərin mərkəzində havanın temperaturu mənfi 21,1 dərəcə olaraq ölçülüb.

Göle mahalında 2030 yüksəklikdəki termometrlər mənfi 28,4 dərəcə göstərib. Gölə Türkiyənin ən soyuq yaşayış məntəqəsi oldu.

Rayonda nəqliyyat vasitələrinin akkumulyatorları donub, ac canavarlar məhəllələrə enib.

Digər rayonlarda ən aşağı temperatur Damalda mənfi 18,1, Hanakda mənfi 12,9, Posofda mənfi 12,1 və Çıldırda mənfi 12,2 olaraq ölçülüb.

Bölgənin əyalətlərində ən aşağı temperaturlar aşağıdakılardır:

"Ağrı mənfi 6,8, Ərzincan mənfi 0,1, Ərzurum mənfi 10,9, Iğdır mənfi 3,5, Qars mənfi 12,3, Muş mənfi 0,9".