
Azərbaycan türklərinə öz ana dillərində danışmaq yasaqdır - EKSPERT
Yusif Nəzərli
04:38 28.02.2025
Aktual
687
Molla rejiminin panfarsçı millət vəkilləri qanun layihəsinin qəbulunu əngəllədilər
Ötən gün İran parlamentinin plenar iclasında ölkədə yaşayan qeyri-fars xalqların dil və ədəbiyyatlarının məktəblərdə tədrisinə icazə verən qanun layihəsinin iki gün davam edən müzakirəsi başa çatıb. Sonda layihə 130 nəfər əleyhinə, 104 nəfər lehinə səs verməklə qəbul olunmayıb. 5 nəfər isə bitərəf qalıb. Bununla da, İran məktəblərində qeyri-fars dillərin və etniklərin ədəbiyyatının tədrisini nəzərdə tutan qanun layihəsi qəbul olunmayıb.
Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkianın seçkiqabağı təbliğat kampaniyasının əsas vədlərindən biri 15-ci maddənin icrası, qeyri-fars dillərə qarşı ayrı-seçkiliyin aradan qaldırılması idi. 2021-ci ilin dekabr ayında da İran parlamentinin Təhsil Komissiyasının sədri, Təbrizin millət vəkili Əlirza Munadi qeyri-fars dillərin ədəbiyyatının tədrisi ilə bağlı məsələyə baxıldığını deyib. Bir müddət sonra isə bu yaddan çıxıb və millət vəkili bununla bağlı sualları cavablandırmaqdan imtina edib. Qeyd edək ki, İran konstitusiyasının 15-ci maddəsi qeyri-fars dillərin tədrisini deyil, sadəcə, qeyri-fars xalqların ədəbiyyatının tədrisini nəzərdə tutsa da, bu, 45 ildir icra edilmir. Parlamentin qərarından sonra, həmin layihənin növbəti prezident seçkilərinə qədər gündəmdə olmayacağı, 2028-ci ildəki seçkilərdə seçici fəallığını artırmaq üçün ehtiyat təbliğat vasitəsi kimi istifadəsi nəzərdə tutulduğu güman edilir.
Araşdırmaçı-jurnalist Bəybala Mirzəyev "Sherg.az"a deyib ki, molla rejiminin panfarsçı millət vəkilləri qanun layihəsinin qəbulunu əngəllədilər. Ekspertin sözlərinə görə, hərçənd, onlar tam tərsinə addım atmalı, qanunu yekdilliklə qəbul etməliydilər:

"Niyə? Çünki bunu ilk növbədə insanların təbii haqq-hüquq anlayışı tələb edir. İrandakı qeyri-fars xalqlara, o cümlədən etnik çoxluq Güney Azərbaycan türklərinə öz ana dillərində danışmaq, yazmaq, təhsil almaq hüququnun verilməsi vazkeçilməz haqq məsələsidir. Digər yandan İran Konstitusiyasında bu hüquq təsbit olunub. Konstitusiyanın 15-maddəsinə görə, "ölkədə yerli və etnik dillərin fars dili ilə yanaşı işlənməsinə, öz mətbuatına, kütləvi informasiya vasitəsinə və milli ədəbiyyatının məktəblərdə tədrisinə icazə verilir". Lakin adına "millət vəkili" deyilən zatlar sözügedən maddəni görməzdən gəlir və beləliklə, Konstitusiyanın əleyhinə addım atırlar. Qeyri-fars xalqlarına nifrət bəsləyən fars-molla rejimi və onların nökəri olan "millət vəkil"ləri İranda yaşayan xalqların məktəblərdə öz ana dillərində tədrisə icazə verməməklə öz aləmlərində "doğru qərar" verdiklərini düşünürlər. Onlara elə gəlir ki, bununla İranın bütövlüyünü qoruyurlar. Lakin bu, axmaqlıq, sərsəmlikdir və əslində, İranın sonuna gətirən addımdır. Maraqlıdır, İran Prezidenti Məsud Pezeşkian parlamentin bu vetosuna necə reaksiya verəcək? Axı bu məsələ prezidentin seçki vədi idi.."
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi