"İqtisadiyyat Nazirliyi ən önəmli qurumlardan biri olacaq" - Deputat
Fidan Həmişəyeva
11:17 24.10.2019
Aktual
656
“Prezident İlham Əliyev hələ 2018-ci il seçkilərindən sonra andiçmə mərasimində çıxışında qeyd etmişdi ki, ölkədə iqtisadi islahatların yeni mərhələsi başlayır və islahatlar daha da dərinləşdiriləcək”.
Bu sözləri Sherg.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. Deputat ötən gün iqtisadi sahə ilə bağlı Prezidentin imzaladığı fərman və sərəncamların mahiyyətindən danışıb:
“Ölkə başçısı eyni zamanda oktyabrın 15-də Nazirlər Kabinetinin son toplantısında qeyd elədi ki, bizim iki vəzifəmiz var - islahatların daha da dərinləşdirilməsi və iqtisadi artımın təmin edilməsi. İslahatların dərinləşdirilməsi kadr islahatlarını da özündə ehtiva edir. Cənab Prezident bu istiqamətdə ardıcıl addımlar atmağa başlayıb. Məlum olduğu kimi, Baş nazirin iki müavini öz ərizəsi ilə işdən çıxarıldı. Eyni zamanda, İqtisadiyyat naziri Baş nazirin müavini təyin edildi, İqtisadiyyat Nazirliyinə isə keçmiş Vergilər naziri rəhbər gətirildi. Prezidentin növbəti sərəncamı ilə Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi İqtisadiyyat Nazirliyinə birləşdirildi. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, xarici investorların qeyri-neft sektoruna cəlb edilməsi əsas hədəflər sırasındadır. Bunu həyata keçirmək üçün İqtisadiyyat Nazirliyinin üzərinə böyük məsuliyyət düşür”. Politoloq qeyd edib ki, Prezident Şahin Mustafayevlə görüşündə də bu məqama diqqət çəkdi: “İqtisadiyyat Nazirliyinin funksiya və strukturunun genişləndirilməsi də məhz bu reallıqdan qaynaqlanır. Heç şübhəsiz ki, İqtisadiyyat Nazirliyinin ölkədəki ən önəmli nazirliklərdən biri olacağını söyləmək olar”.
Qeyd edək ki, dünən Prezident İlham Əliyev Mikayıl Cabbarovu yeni vəzifəyə - İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edib. Ölkə başçısı həmçinin bir sıra mühüm iqtisadi məsələlərə də toxunub. Onun sözlərinə görə, ölkəmizdə kadr islahatı labüddür və bu, qaçılmazdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi