Vüqar Rəhimzadə: "Bakının BAK-nin keçirilməsi üçün seçilməsi çox mühüm məqamlardan xəbər verir"
Fidan Həmişəyeva
09:35 31.10.2019
Aktual
872
“Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ölkəmizə olan etimadın növbəti göstəricisi oldu”. Bu sözləri Sherg.az-a Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
V.Rəhimzadə bildirib ki, bu konqres müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirləndəndir:
“Məhz növbəti Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi haqqında qərarın dəstəklənməsi əlbəttə ki, ölkəmizin siyasi nüfuzunun daha bir təzahürü, Azərbaycana olan inamın nəticəsidir. Təbii ki, belə bir qərarın verilməsi təsadüfi xarakter daşımır. Azərbaycan son illər ərzində müasir texnologiyalar, kosmik sənaye sahələrində bir çox uğurlar əldə edib. Hazırda ölkəmizin 3 peykinin olması və kosmik sənayenin inkişaf etdirilməsi istiqamətində atılan ardıcıl və məqsədyönlü addımlar deyilən fikrin əyani sübutudur. Bu gün Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir”.
Baş redaktor qeyd edib ki, beynəlxalq əhəmiyyətli bir konqresin Azərbaycanda keçirilməsi ilə bağlı qərarın verilməsi heç də asan başa gəlməyib:
“Çünki növbəti Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi üçün Bakı ilə yanaşı, dünyanın tanınmış meqapolislərinin - Sinqapur, Rio-de-Janeyro və Dehli şəhərlərinin də namizədliyi gözdən keçirilib. Sinqapur dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Bu ölkə iqtisadi göstəricilərinə görə bəzi sahələrdə hətta Avropa dövlətlərini belə geridə qoyur. Rio-de-Janeyro Braziliyanın, Dehli isə Hindistan kimi inkişaf etmiş dövlətlərin şəhərləridir. “Böyük iyirmilik”ə daxil olan bu ölkələrin yuxarıda adları çəkilən şəhərlərinin deyil, Azərbaycanın paytaxtı Bakı şəhərinin növbəti Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi üçün seçilməsi çox mühüm məqamlardan xəbər verir. Bu qərar bir daha sübut edir ki, Azərbaycana inanırlar, etibar edirlər. Azərbaycan “Eurovision” mahnı müsabiqəsinə, I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, Qadınlar arasında futbol üzrə dünya çempionatına, Formula-1 yarışlarına, şahmat, gimnastika, cüdo üzrə dünya birinciliklərinə, futbol üzrə Avropa Liqasının final oyununa yüksək səviyyədə ev sahibliyi edib. Bütün tədbirlər yüksək təşkilatçılıq və təhlükəsizlik şəraitində reallaşıb. Ona görə də Sinqapur, Braziliya və Hindistan kimi rəqiblər arasında Azərbaycana üstünlük verilməsi həm ölkəmizə olan etimadın, həm də inamın göstəricisidir”.
V.Rəhimzadə xatırladıb ki, 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresi Sovet İttifaqında - Bakıda keçirilib. Hələ o zaman Ulu Öndər Heydər Əliyev Azərbaycanın rəhbəri kimi böyük səylər göstərib ki, Sovet İttifaqında bu konqres məhz Bakıda keçirilsin:
“Məhz təxminən 50 ildən sonra müstəqil Azərbaycanda, yenidən Bakı şəhərində bu Konqresin keçirilməsi böyük rəmzi məna daşıyır. Ən böyük fərq isə ondan ibarət olacaq ki, Azərbaycan müstəqil dövlət kimi bu böyük tədbirə ev sahibliyi edəcək”.
Baş redaktor əlavə edib ki, konqresdə iştirak üçün Azərbaycana 6-7 min qonağın gəlişi gözlənilir:
“Əminəm ki, Azərbaycan yenidən yüksək təşkilatçılıq qabiliyyətini göstərəcək və 2022-ci ildə keçiriləcək növbəti Beynəlxalq Astronavtika Konqresi uzun müddət yaddaşlarda qalacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi