Vüqar Rəhimzadə: "Rusiya-Azərbaycan münasibətləri dostluq xarakteri daşıyır"
Fidan Həmişəyeva
12:18 08.10.2019
Aktual
543
“Rusiya-Azərbaycan münasibətləri mühüm strateji xarakter daşıyır”. Bu sözləri Sherg.az-a açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Baş redaktor bildirib ki, hər iki dövlət arasında qonşuluq, dostluq və bir çox sahələri özündə əhatə edən əhəmiyyətli münasibətlər var:
“Sonuncu dəfə cənab Prezident İlham Əliyevin Rusiyaya səfəri və Rusiya Prezidenti ilə görüşü, “Valday” iclasında çıxışı Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması üçün mühüm əhəmiyyətə malikdir. Hesab edirəm ki, ölkə başçısının və Rusiya Prezidenti Vladimir Putinin çıxışlarında Rusiya-Azərbaycan münasibətlərinin nə qədər strateji xarakter daşıdığı göründü. Təbii ki, iqtisadi münasibətlərin qurulması, Rusiya-Azərbaycan enerji siyasəti ilə bağlı qarşılıqlı anlaşma şəraitində proseslərin və ticarət əlaqələrinin yüksək səviyyədə inkişaf etməsi göz önündədir. Ümumiyyətlə, Rusiya Prezidenti Vladimir Putinlə İlham Əliyevin şəxsi münasibətləri bu proseslərin davamlı və uğurlu inkişafında mühüm rol oynayır. İlham Əliyevin sonuncu səfəri zamanı Azərbaycan-Rusiya münasibətlərinin perpektiv imkanları və inkişafı ilə bağlı önəmli mesajlar verildi.
Ermənistan-Rusiya münasibətlərinə gəldikdə V.Rəhimzadə qeyd etdi ki, Ermənsitanda iqtidarda olan hakimiyyət təlxək xarakterlidir:
“Paşinyanın öz ölkəsinə yanaşması anlaşılan deyil və olduqca anormaldır. Hər zaman Ermənistanda oynaq siyasət olub, münasibətlər qeyri-səmimiliyi ilə seçilib. Rusiya prezidentinin sonuncu dəfə Yerevana səfəri və orada baş verənlər Rusiya-Ermənistan arasındakı soyuq münasibətləri bir daha sübut etdi. Ümumiyyətlə, Ermənistan hakimiyyəti dünya siyasətində ortaya anormal yanaşma qoyur. Paşinyanın özü birmənalı olaraq dünyada gedən proseslərdə subyektiv yanaşma ortaya qoyduğundan obyektivlikdən tamamilə uzaqdır. Ona görə də Rusiya-Azərbaycan münasibətləri çox səmimi və dostluq xarakteri daşıyır. Ermənistanın mövqeyi isə tək Rusiyada yox bütün dünyada günü-gündən zəifləyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya