20 yaşlı azərbaycanlı qız bulvarda yıxıldı və...




Təbriz Universitetinin qarşısında, 29 Bəhmən bulvarında olan yaşıllıqlarda 20 yaşlı gənc qız qəfildən dünyasını dəyişib.

Axar.az "Yolpres”ə istinadən xəbər verir ki, hadisə yerində olan əhali təcili yardım çağırıb. Dərhal hadisə yerinə gələn təcili yardım həkimləri huşsuz vəziyyətdə olan gənci həyata qaytarmaq üçün ürək masajı ediblər və süni tənəffüs verərək xəstəxanaya aparıblar.

Həkimlərin səyi heç bir nəticə verməyib. 20 yaşlı gənc qızın dünyasını dəyişməsi xəstəxana həkimləri tərəfindən təsdiqlənib.