Ərdoğan Putinlə son altı ayda dördüncü dəfə görüşəcək





Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz, Prezident Rəcəb Tayyib Ərdoğanın mart ayında Moskvanı ziyarət etməyi planlaşdırdığını açıqlayıb.

"İnterfaks" xəbər agentliyinə danışan  Diriöz, "Bu ziyarətlələ Ərdoğan, Rusiya dövlət başçısı Vladimir Putinlə son altı ay içərisində dördüncü dəfə görüşəcək" deyə vurğulayıb.

Rusiya və Türkiyə Suriya böhranının həll edilməsi istiqamətində sıx əməkdaşlıq edir. Suriyada atəşkəs rejimi tətbiq olunduqdan sonra Moskva - Tehran - Ankara ortaqlığı daxilində rus-türk əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirilib. Böhran dövründən sonra Moskva və Ankara İŞİD-ə qarşı ilk ortaq hərbi hərəkat təşkil edib.