Azərbaycan əsgəri şəhid olub




Fevralın 22-də günorta saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Xəlilov Xanoğlan İntizam oğlu şəhid olub.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!