Ərəblər Türkiyənin məşhur telekanallarını alır - RAZILAŞMA




Türkiyənin ən böyük media holdinqlərindən olan "Star qrup”a bağlı telekanallar Qatarın "beIN” media konsorsiumuna satılacaq. Lent.az odatv-yə istinadən xəbər verir ki, "Star grup”un sahibi Fərid Şahenk bir neçə gündür aparılan danışıqların sonunda ərəb sərmayəçilərlə razılaşıb.

Qeyd edək ki, ərəb konsorsiumu daha əvvəl Türkiyənin "Digitürk” media holdinqini alıb. "Star qrup”a isə Star TV, NTV, NTV Spor, Kral TV, Kral Pop, Euro Star, NTV Avropa telekanalları daxildir. Eyni zamanda Kral FM, Kral Pop, Kral World və NTV radiosu da yeni razılaşma ilə qətərlilərin "beİN”in şirkətinin əlinə keçəcək.

Yeni razılaşma ilə Şahenk ailəsi bu media holdinqdə 30 faiz hissəyə sahib olacaq. Ancaq media holdinqin idarəçiliyində söz sahibi olmayacaq.