Moskvada Azərbaycan diasporunun sədri saxlanıldı – MƏNİMSƏMƏ İTTİHAMI




Rusiyanın Moskva vilayətində fəaliyyət göstərən Azərbaycanlıların regional milli-mədəni muxtariyyətinin sədri Qalib Ağayev saxlanılıb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, o, büdcə vəsaitini mənimsəməkdə ittiham olunur.

Məlumata görə, Ağayev Rusiya Təhsil Nazirliyindən 600 min rubl (təxminən 10 min dollar) qrant alaraq "Rusiya Azərbaycan və Türkiyə məktəblilərin gözüylə” adlı layihə həyata keçirməliymiş. Amma layihə həyata keçirilməyib, vəsait isə mənimsənilib.

Hazırda onu barəsində "dələduzluq” maddəsiylə cinayət işi qaldırılıb. Məhkəmənin qərarı ilə hələlik ev dustaqlığına məhkum edilib.
İstintaq gedir.