Arda Turandan nəhəng sərmayə - YENİ İŞƏ MİLYONLAR SAYILDI




"Barselona”da forma geyinən türkiyəli Arda Turan 4 milyon dollara torpaq sahəsi alıb.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bir neçə gün öncə Türkiyədə olan futbolçu ailəsi ilə birgə restoranda görüntülənib.

Restoran çıxışı saullara cavab verən futbolçu Sütlücə adalanan ərazidə 4 milyon dollara torpaq sahəsi alıb. O bu ərazidə hər hansı bir iş quracağını deyib. Mətbuatda onun otel tikdirəcəyi barəsində məlumatlar yazılıb. O, isə bunu təkzib edib.

Arda Turan həmçinin Londonda iş məqsədilə ev aldığını təsdiqləyib.