Məhkəmə qərar verdi: 82 yaşında hər gün ikiqat əyilə-əyilə cəzasını çəkməyə gedir

Qoca qarı dalaşanları ayırmaq istəyərkən bu yaşda işə düşüb
Manisanın Soma qəsəbəsinin Karamanlı məhəlləsində baş verən davanı ayırmaq istəyən 82 yaşlı Fatma Sazanın dəyənəyi silah sayıldı. İddiaya görə, 82 yaşlı Fatma Sazan, evinin qarşısında dalaşan şəxsləri görüb dəyənəyi ilə onları ayırmağa çalışıb. 
 Davaya qarışdığı və şəxslərdən birini dəyənəklə vurduğuna görə Sazan haqqında  iddia açılıb. Məhkəmənin qəararı ilə 82 yaşlı Sazana 3 min lirə cəza kəsilib.
Türk mediası xəbər verir ki, haqqında kəsilən 3 min lirəlik cəzanı ödəyəcək gücü olmadığını ifadə edən yaşlı qadına məsciddə keşiş çəkmək cəzası verilib. Hər gün ikiqat əyilərək Karamanlı məhəlləsindəki evindən çıxan Fatma Sazan təxminən 500 metr irəlidəki məscidə gedərək 4 saat məscidin bağçasında keşik çəkir. 
Çıxan cəzasının 6 ayını doldurduğunu ifadə edən Fatma Sazan, "Evimin qarşısında qardaşımın qızının da qarışdığı dava çıxdı. Mən də onları ayırmaq üçün məşğul oldum. Davanı ayırım deyərkən məni böyük bir taxtayla vurdular. Mən də dəyənəklə qarşılıq verdim. Buna görə mənə cəza verdilər. Bu yaşıma qədər həbsxana, polis bölməsi görməmişdim. Mənə bu cəzanı niyə verdilər, hələ də anlamıram. Cəzam 10 martda bitəcək. O qarlı və soyuq günlərdə burada gözlədim. Üşüdüm, xəstə oldum. Məscid içərisində sobası, qızdırıcısı olmayan yerdə və məscidin bağçasında gözlədim. Bu yaşımda başa gəldi. Amma bundan sonra gözümün qabağında adam öldürsələr də qarışmaram, şahid də olmaram" söyləyib.
Hər gün məscid imamı tərəfindən nəzarət edildiyini və imza atdığını ifadə edən Sazan, "Polis bölməsində və ədliyyədə düz ifadə verdim. Hakim bəyə "Dəyənəyi vurmadım, yalnız vuran kimi qaldırdım" dedim. "Quranı gətirin əl basaram" dedim. 80 yaşımdan sonra bir çomağı qaldırmaqla bu cəza verilərmi? Zatən yaşımdan dolayı məscidə gedib otururam, xidmət edə bilmirəm. Yalnız bir qızım var, onunda əri iflicdir. Yemək yox, evimə gedib bir parça bir şey yeyib, geri gəlirəm. Allah canımı alaydıdı, amma bu günü görməyəydim, bu cəza mənə çox ağır gəldi" deyib.
Aldığı cəzanı həzm edə bilməyən 82 yaşlı nənə, bütün bu olub, bitənlər səbəbiylə gözyaşlarına boğulur.