"Hanı ədalət?": Məhkəmə qərarını eşidən ailə "yıxıldı" - FOTOLAR

Bolunun Mengen qəsəbəsində borc almaq davasında 24 yaşlı Fatih Yılmazeri bıçaqlayaraq öldürən 30 yaşlı Ergin Keleş, cinayəti haqsız təhrik altında işlətdiyi səbəbiylə 10 il 10 ay həbs cəzasına məhkum edildi. Öldürülən Fatih Yılmazerin anası və həyat yoldaşı, ədliyyə qarşısında gözyaşı tökərək qərara reaksiya verdi.
Keçən il iyun ayında baş verən hadisədə, firma sahibi Fateh Yılmazeri, iddiaya görə digər firma sahibi Ergin Keleşdən pulunu istədi. Qəsəbə mərkəzində onların arasında başlayan mübahisəyə, Fatehin işçilərinin qarəşması ilə dava böyüdü. Dava zamanı Ergin Keleşin sinəsindən bıçaqladığı Fateh həyatını itirdi.
Hadisədə yüngül yaralanan və xəstəxanadakı müalicəsindən sonra  həbs olunan Ergin Keleş, "Qəsdən adam öldürmə" suçu ilə mühakimə olunduğu Bolu Kriminal Məhkəməsində hakim qarşısına çıxdı. Fatehin anası, "Toyuq kəsmək kimi mənim uşağımın qanını çıxardılar. Ömürlük həbs,  ya da edamla cəzalandırılmasını istəyirəm. Mənim ağrımı kimsə bilə bilməz" dedi. Ölən gəncin həyat yoldaşı Esra Yılmazeri də "3 illik evliydik. Çətin şərtlərdə evləndik. Bir-birimizi sevərək əyləndik. Hələ 24 yaşında idi. İçimdəki yanğın hələ sönmədi" deyərək gözyaşı töküb.
  Şübhəli Keleş, son müdafiə çıxışını  məhkəməyə yazılı verdi. Vəkili isə müvəkkilinin hadisədə özünü qorumaq üçün hərəkət etdiyini, hadisənin qanuni müdafa sərhədləri daxilində qiymətləndirilməsi lazım olduğunu söyləyib. Məhkəmə heyəti hökm verərək cinayəti haqsız təhrik altında işlətdiyinə qərar verərək qatilə 10 il, 10 ay həbs cəzası verdi.
Qərarı eşidən ana İmran Yılmazeri  salonda huşunu itirdi. Yaxınları tərəfindən salondan çıxarılan ana ədliyyə qarşısında gəlini Esra Yılmazeri ilə gözyaşları tökdü. "Hanı ədalət? Mənim oğulum getdi. Bumu ədalət?" deyərək ağlayan ananı həyat yoldaşı Nevzat Yılmazeri sakitləşdirməyə çalışıb.