Qəzanın səbəbi açıqlandı: "O sürücülər potensial kamikazedir"



"Avtomobil, yol və yol hərəkəti ilə bağlı yanaşma, təfəkkür və dünya görüşümüzü dəyişməliyik. Bizdə bunlar dəyişməyib axı". 

Bunu Sherg.az-a bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda 5 nəfərin ölümü, 20 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzasından danışarkən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib.

Məlum hadisənin baş vermə səbəblərinə diqqət çəkən ekspertin sözlərinə görə, Bakı-Sumqayıt yolunda hərəkət edən həmin miktroavtobusların sürücləri kamikazeliklə məşğuldurlar. Onlar potensial kamikazelərdir:

"Yola çıxanda elə bilirlər ki, bo yolu onlar tikiblər və özlərini də "Formula -1" yarışında hiss edirlər. Məqsədləri də nədir? Digər avtobusları ötüb- keçib, 1- 2 sərnişin artıq götürüb, 1-2manat artıq pul qazanmaqdır. Amma düşünmür ki, özü və onun daşıdığı sərnişlər ölə bilər. İndi bu qəzanı törədən sürücü sağ qalıbsa, onun taleyi ilə marqlanın. 1-2 manata görə, 8-9 ilini dərmir barmaqlıqlar arasında keçirəcək.Bunu düşünə bilməyən adamdan nə gözləmək olar? Bakı -Sumqayıt istiqaməti üzrə hərəkət edən sürücüləri hər gün görürəm. Bundan öncə dəfələrlə irad bildirmişəm ki, a kişilər, qəpik-quruşdan ötəri özüzünün və başqasının həyatını riskə atmayın. Camaatın həyatı ilə oynamayın. 

Ancaq kimdi buna fikir verən. Öz bildiklərini edirlər və belə ağır qəzalar davam edir. Həmin avtomobillər texniki cəhətdən də nasazdırlar. Sərnişin daşımaq üçün nəzərdə tutulmayıblar. Sürücülər isə elə bil koldan- kosdan gəlib. Belə yanaşmaların nəticədə də çox ağır və dözülməz olur. Artıq XXI əsrin ikinci onilliyinin sonuna yaxınlaşırıq. At-araba əsri deyil. Cəmiyyətimizin avtomobil, yol və yol hərəkətinə yanaşması at-araba dörvründəki kimi qalıb. Düşünürlər ki, allahın yoludur. Biz də bu yolla gedirik də. Qardaş, düzdü, allahın yoludur. Amma bu yollla adam kimi getmək lazımdır. Qanunla müəyyən olunmuş qaydalar çəriçivəsində getmək gərəkir. Bir-birinə diqqət göstərmək lazımdır. Yollarda kamikazelik etmək olmaz. Əks halda indiki kimi birdən- birə 20 nəfər xəsarət alır, 5-i dünyasını dəyişir".

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Məlumatına görə, "Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə 5 nəfər ölüb. 20 nəfər isə ağır yaralanıb.

Ayyət Əhməd