Moskvada Lavrov-Məmmədyarov-Nalbandyan danışıqları başlayıb




Sherg.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında üçtərəfli görüş Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında keçirilir.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müzakirə olunacağı danışıqlar qapalı, mətbuatın iştirakı olmadan keçirilir.

Qeyd edək ki, danışıqların müəyyən mərhələsinə ATƏT-in Minsk qrupunun həmsədrləri də qatılacaqlar.

----------

09:47

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüşdə iştirak etmək üçün Moskvada səfərdədir.

Milli.Az report-a istinadən xəbər verir ki, E.Məmmədyarov Rusiyanın paytaxtına ötən gecə çatıb.
Bu gün Moskvada Dağlıq Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşü olacaq. Görüş bağlı qapılar arxasında keçiriləcək.