“Hicablı şagirdlərin sayı niyə artır? - Xarici qüvvələrin "əli" var




"Məktəblərdə hicablı şagirdlərin sayının çoxalması məktəblərdən qaynaqlanan hadisə deyil, bu, xarici qüvvələrin işidir".

Bunu Sherg.az-a sabiq təhsil naziri Firuddin Cəlilov deyib. 

O bildirib ki, dini təxribatlar əsasən xarici ölkələrin əli ilə həyata keçirilir:

"Bu yaxınlarda Türkiyədə də belə hadisə baş vermişdi. Kənardan ölkəyə öz adamlarını daxil edirlər, ölkədə camaatın başı buna qarışsın ki, millətə hicab lazımdır, yoxsa yox. İkinci tərəfdən, televiziyalarda mətbuatda gərək sağlam təbliğat aparılsın. O da yoxdur. Bunların nəticəsidir ki, xoşagəlməz hallar baş verir. Tarix boyu görmüşük ki, ana bacılarımız yaylıq bağlayırlar. Sadəcə, başa salmaq lazımdır. Bu elə məsələdir ki, hər insan azaddır, o istər başını bağlayar, istəməz bağlamaz. Bunu siyasətə dartıb gətirmək lazım deyil”.

Aysel Aslan