"Siçanlar taun xəstəliyi yaradır" - Zoologiya İnstitutunun professoru




"Siçanlar çoxalarsa, taun xəstəliyi yayıla bilər”.

Bu barədə Sherg.az-a AMEA Zoologiya İnstitutu Herpetologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Sahib Əhmədov deyib. 

O bildirib ki, ilanlar siçanları yeməklə bu prosesi tənzimləyirlər:

"Hər şey qaydasında olmalıdır. İlanların da, siçanların da öz funksiyası var. Keçmişdə, XV-XVI əsrlərdə "siçan xəstəliyi” yayılmışdı. Bunun qarşısını almaq üçün taun xəstəliyi daşıyıcılarını ilanlar vasitəsilə məhv edirlər. Ondan sonra isə ilan tibb elminin emblemi kimi qalıb.

Eskulap - təbabət allahıdır. Əvvəllər təbabət allahı şam kimi nəzərdə tutulurdu, sonradan bu simvolikanı ilan əvəz etdi. Əslində ilan zəhərli deyil, o bir rəmzdir. Tələfatlara səbəb olan siçanları yeməklə taun xəstəliyinin qarşısını ala biliblər. Taun xəstəliyi müəyyən müddətlərdə müşahidə olunur. Siçanların yaydığı bu virusun məhvedicisi isə ilanlardır”.

Ayyət Əhməd