Xalq artisti Ramiz Məlik əməliyyat olundu

Sənətçinin sağ böyrəyində 13-14 sm-lik xoş xasiyyətli kistanın götürülməsi 1 saat 20 dəqiqə davam edib



Xalq artisti Ramiz Məlik bu gün əməliyyat olunub. Uzun müddətdir, böyrək kistasından əziyyət çəkən aktyor səhər saatlarında Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) əməliyyatdan uğurla çıxıb.
Sənətçinin sağ böyrəyində 13-14 sm-lik xoşxassəli kistanın götürülməsi 1 saat 20 dəqiqə davam edib. Əməliyyatı həkim, uroloq Rəşad Məmmədov öz üzərinə götürüb. Bu barədə ANS PRESS-ə məlumat verən həkim bildirib ki, əməliyyat heç bir fəsadsız, yaxşı başa çatıb:
"Bu kista kiçik ölçülərdə olanda zərərsiz ötüşür. Amma ölçüləri çox böyük olduqda ətraf toxumalara və eyni zamanda böyrəklərə ciddi zərər vurur. Buna görə də son müayinələrdə kistanın zərərli olması qənaətinə gəlindi. Ramiz müəllimin böyrəyində olan kistanın laporoskopik olaraq, qapalı yolla çıxarılmasına qərar verildi".
Aktyor hal-hazırda palataya yerləşdirilib. Rəşad bəy eləcə də bildirib ki: "Qan axma olmayıb, xəstənin vəziyyəti əməliyyata uyğun olaraq normaldır".